Nəsimi rayonunun bir sıra küçələrində qaz təchizatı dayandırılacaq Hadisə

Nəsimi rayonunun bir sıra küçələrində qaz təchizatı dayandırılacaq

Nəsimi rayonunun bir sıra küçələrində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 30-da saat 10:00-dan işlər yekunlaşanadək rayonun A. Məhərrəmov, 20 Yanvar, M. Cəfərov və Cavadxan küçələrinin qaz təchizatında fasilə olacaq.