Azərbaycanda dövlət xətti ilə indiyədək verilmiş ipoteka kreditlərinin həcmi 1,6 mlrd. manatı ötüb İqtisadiyyat

Azərbaycanda dövlət xətti ilə indiyədək verilmiş ipoteka kreditlərinin həcmi 1,6 mlrd. manatı ötüb

Bu ilin dekabrın 1-i tarixinə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (İKFZ) xətti ilə 1 611 178 151 manat məbləğində 31 073 ipoteka krediti verilib.

"APA-Economics"in məlumatına görə, bu barədə Fondun açıqlamasında deyilir.

Bildirilir ki, zəmanət verilmiş kreditlərin ümumi məbləği isə 193,676 mln. manat təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında Fondun xətti ilə 207,6 mln. manat məbləğində ipoteka kreditləri verilib. Bu, illik müqayisədə 62,4% çoxdur.

Xatırladaq ki, İKFZ-nin xətti ilə ipoteka kreditlərinin verilməsinə 2006-cı ildə başlanılıb.