 
                
                
                
             
                
                
                
            Ukrayna Gürcüstandan 44 milyon rubl dəyərində generatorlar alacaq
Nazir: Azərbaycanın UNESCO ilə tərəfdaşlığı mədəni irsin inkişafına əsaslanır
Gürcüstanın XİN rəhbəri: Azərbaycanla strateji tərəfdaşlığın çox ciddi əhəmiyyəti var
Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verib, Milli Məclisə göndərib
Hazırda Ağdərənin 7, Xocalının isə 11 kəndinə əhalinin köçürülməsi istiqamətində işlər aparılır
 29 Dekabr  2020 11:53
29 Dekabr  2020 11:53 2 667
2 667
“Prezidentin təşəbbüsü ilə ötən il 2016-cı ilə qədər olan sığorta stajına amnistiya tətbiq edilib və pensiya təyin olunanda həmin insanların sığorta stajının olmaması nəzərə alınmayıb. Sığorta stajı pensiya üçün əsas elementlərdən biridir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, cari ildə 250 milyon manatlıq vəsaitə qənaət edilib: “Saxta pensiya işləri ləğv edilib, optimallaşdırılıb. Bu vəsait əhalinin sosial təminatına, sosial müdafiəsinə yönləndirilib. Əhaliyə ödənilən pandemiya ilə bağlı 190 manatın çox hissəsi bu qənaət hesabına ödənilib. Reabilitasiya mərkəzləri ilə bağlı da çox geniş iş aparılır. Artıq 6 realibitasiya mərkəzi istifadəyə verilib. Qısa müddət ərzində, növbəti ilin birinci rübündə Qəbələ, Şəmkir Şamaxıda da reabilitasiya mərkəzlərinin istifadə verilməsini proqnozlaşdırırıq. İşğaldan azad olunan yerlərdə də bu proqram tətbiq olunacaq”.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    