Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
12 Fevral 2021 12:17
2 163
Postpandemiya dövründə Azərbaycan iqtisadiyyatının bərpası çərçivəsində biznes mühit daha da yaxşılaşdırılacaq ki, kiçik və orta biznesin (KOB) ÜDM-in formalaşmasında dominant mövqeyə nail olunması nəzərdə tutulur.
"APA-Economics"in məlumatına görə, bunu "Postpandemiya dövründə vergi sistemi" mövzusuna həsr olunan konfransda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, KOB-ların dövlət satınalmalarında iştirakı təşviq edilməlidir və onlar dövlət sifarişlərinə daha çox cəlb edilməlidir.
M. Cabbarov qeyd edib ki, bu sahədə haqsız rəqabətə yol açan hallara son qoyulmalıdır: "Bunun üçün zəruri islahatlar və yeni qanunvericilik təşəbbüsləri həyata keçiriləcək".
Nazir əlavə edib ki, sahibkarların maliyyə resurslarına çıxış imkanları genişləndirilməlidir və bu səbəbdən biznesin təşviqi alətlərinə yenidə baxılacaq və gələcəkdə prioritet sahələrdə təşviq edici vergi siyasəti üstünlük veriləcək.
11 Sentyabr 18:10
959
11 Sentyabr 17:08
931
11 Sentyabr 16:24
980