Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
10 İyun 2021 13:24
4 970
2021-cu ilin yanvar-may aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artıb.
Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Hesabat dövründə ölkədə ÜDM 31,5 milyard manatı ötüb.
Ökə iqtisadiyyatının neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4,5 faiz artıb.
Yanvar-may aylarında adambaşına düşən ÜDM-in dəyəri isə 14,2 faiz artaraq 3 150,6 manat təşkil edib.
ÜDM-in strukturunda 41,2 faizi sənaye, 10,4 faizi ticarət, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi tikinti, 4,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,8 faizi digər sahələrin payına düşüb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil edib.
11 Sentyabr 18:10
1 239
11 Sentyabr 17:08
1 232
11 Sentyabr 16:24
1 281