Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
30 İyun 2021 12:35
4 445
"Karabakh.Center" internet resursu Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə və Qarabağ Dirçəliş Fondunun iderə heyətinin sədrinin və onun ətrafında olan komandanın zəhməti sayəsində yaradılıb.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Karabakh.Center” layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.
M.Cabbarov bildirib ki, bu böyük başlanğıcdır. Bu portal bizə imkan verəcək ki, biz mövcud vəziyyəti inventarlaşdıraq, digər tərəfdən bu məsələ ilə bağlı xarici auditoriyaları məlumatlandırmağa imkan verəcək. Portalın müxtəlif dillərdə fəaliyyəti nəzərdə tutulur.
“Qarabağda baş verən dağıntıların miqyası dünyaya çatdırılmalıdır. Dağıdılmış abidələr bərpa olunacaq. Prezident İlham Əliyevin tapşırığı ilə bu iş həyata keçirilir. Qarabağ Dirçəliş Fondu bu cür layihələrə dəstək verməkdən qürur duyur” - deyə nazir qeyd edib.
11 Sentyabr 18:10
1 008
11 Sentyabr 17:08
980
11 Sentyabr 16:24
1 029