Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

İyulun 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,36% – 34,930.93 bəndədək, S&P 500 indeksi 0,02% – 4,400.64 bəndədək enib, Nasdaq indeksi isə 0,7% – 14,762.59 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında iyulun 28-də FTSE 100 indeksi 0,29% – 7,016.63 bəndədək, Fransanın CAC-40 indeksi 1,18% – 6,609.31 bəndədək, Almaniyanın DAX indeksi isə 0,33% – 15,570.36 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,85% artaraq 1 820,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,09% artaraq 1,1856 dollar təşkil edib.