Kiberpolis süni intellekt proqramlarından istifadə edib qadınları şantaj edən şəxsi saxladı - VİDEO
"Müharibənin bitməsi üçün Trampın təkbaşına qərar vermək imkanı məhduddur"
ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib — FOTOLAR
KİV Trampın İran rejimini zəiflətmək üçün yeni planı barədə məlumat yayıb
29 İyul 2021 20:05
6 083
İsraildə Azərbaycan Ticarət missiyasının açılışı tarixi bir hadisədir.
Bu barədə İsrailin Bakıdakı səfiri Corc Dik "Twitter"də yazıb.
O qeyd edib ki, bu gün tarixi bir gündür, çünki iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində Azərbaycanın İsraildə heç bir nümayəndəliyi olmayıb.
"Bu gün Tel-Əvivdə Azərbaycanın ticarət missiyası açıldı və ilk dəfə olaraq Azərbaycan bayrağı İsraildə dalğalanacaq", - Dik yazıb.
Səfir bu tədbirin iki ölkə xalqlarını daha da yaxınlaşdıracağını, əlaqələrin daha yaxın və hərtərəfli inkişafı üçün imkanlar yaradacağını vurğulayıb.
Gələn il iki ölkə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edəcək. Dik yazdığına görə, bayram tədbirləri həm Azərbaycanda, həm də İsraildə baş tutacaq.