

Ermənistan İstintaq Komitəsi bütün ermənilərin katolikosu II Qareginə qarşı cinayət işi açıb
“AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurla başa çatıb
Tramp Zelenskidən Putinlə görüşdə iştirak etməyi xahiş edəcək
MN-də milyonluq mənimsəməyə görə həbs edilən maliyyə xidmət rəisinin cəzası azaldılıb
2021-ci il yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi təxminən 22,974 milyard dollardan çox təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 faiz çoxdur.
Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabat dövründə Azərbaycanın ixracı 14,629 milyard dollara bərabər olub və bu 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 38,2 faiz çoxdur. İxracın ümumi xarici ticarət dövriyyəsində payı 63,68 faiz təşkil edib.
Eyni dövrdə Azərbaycana idxal 8,344 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,65 faiz çoxdur. İdxalın ümumi xarici ticarət dövriyyəsində payı 36,32 faiz təşkil edib.
Xarici ticarət dövriyyəsinin saldosu müsbət olub və 6,285 milyard dollar təşkil edib.