Bir dollar 17 lirəni keçdi İqtisadiyyat

Bir dollar 17 lirəni keçdi

Türkiyə lirəsi ABŞ dollarına nisbətdə ucuzlaşmaqda davam edir. Bu gün səhər saatlarında birjalarda bir dolların qiyməti 17 lirə həddini keçib.

Trend-in "ForEx" göstəricilərinə istinadən məlumatına görə, son birja günü ərzində lirə dollara nəzərən 8 faizdən çox ucuzlaşıb.

Hazırda birjalarda 1 ABŞ dolları 17 lirə ətrafında alınıb-satılır.

Xatırladaq ki, Türkiyə lirəsi son iki ay ərzində dollara nisbətdə 60 faizə yaxın ucuzlaşıb.