“İnanıram ki, TANAP reallığa çevriləcək” İqtisadiyyat

“İnanıram ki, TANAP reallığa çevriləcək”

Böyük Britaniyanın baş naziri:"BP-nin bu işdə iştirakından qürur duyuram"

"İki ölkə arasında münasibətləri yüksək qiymətləndirirəm. Azərbaycanın enerji ehtiyatları Avropanın enerji təchizatında böyük əhəmiyyətinə malikdir".
Bunu 22-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin ("Caspian Oil and Gas 2015") rəsmi açılış mərasiminə ünvanladığı salamlama məktubunda Böyük Britaniyanın baş naziri Devid Kemeron bildirib.
Qeyd edək ki, məktubu London şəhərinin meri Alan Yarrou oxuyub.
Məktubunda Cənub Qaz Dəhlizinin önəmini vurğulayan D. Kemeron TANAP kəmərinin açılışında iştirak etmək istədiyini söyləyib: "İnanıram ki, bu perspektivli layihə reallığa çevriləcək. BP-nin bu işdə iştirakından qürur duyuram. Azərbaycanla Böyük Britaniya arasında əlaqələr xüsusən enerji baxımından çox mühümdür. Bu sərginin münasibətlərin inkişafında mühüm rol oynayacağına inanıram".