 
                
                
                
             
                
                
                
            Tokayev noyabrın 12-də Rusiyaya səfərinin məqsədini açıqlayıb
İsrail səfiri: Azərbaycan və region "Tramp marşrutu"ndan möhtəşəm şəkildə faydalanacaq
Mərkəzi Bank "Monetri" BOKT-u və onun vəzifəli şəxsini cərimələyib
"İmişli" klubunun texniki məğlubiyyətlə bağlı şikayəti qəbul edilməyib
Sahibə Qafarova COP30-da iştirak üçün Braziliyaya səfər edəcək
 27 Yanvar  2022 08:06
27 Yanvar  2022 08:06 2 695
2 695
Ötən həftənin yekunlarına görə ABŞ-da enerji ehtiyatlarının artımı ilə bağlı rəsmi məlumatların açıqlanmasından sonra neft qiymətlərində artım kəskin sürətlənib.
Trend xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçersləri bir barel üçün 1,81 dollar (2,05%) artaraq 90,01 dollar olub. Brent-in qiyməti 2014-cü il oktyabrın 13-dən bəri ilk dəfə bir barel üçün 90 dolları ötüb.
Nyu-York birjasında (NYMEX) mart ayı üçün WTI fyuçerslərinin dəyəri bu dəfə 1,7 dollar (1,99%) artaraq 87,3 dollar/barelə çatıb. WTI üzrə kotirovka da son 7 ildə maksimumdur.
ABŞ Energetika Nazirliyinin məlumatına görə, ölkədə kommersiya neft ehtiyatları ötən həftə 2,38 milyon barel artaraq 416,19 milyon barrelə çatıb.
Bu arada, əksər analitiklər neftə tələbin daha da artacağını gözləyirlər və bir sıra investisiya bankları, o cümlədən Goldman Sachs bu il Brent neftinin qiymətinin 100 dollar/barelə qədər artacağını proqnozlaşdırır.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    