Almaniyada gənclər məcburi hərbi xidmətin bərpasına qarşı etirazlara çıxıb
İsveç bəzi ölkələrdə inkişaf proqramlarına maliyyəni dayandıraraq vəsaiti Ukraynaya yönəldəcək
“Moody’s”: Manatın sabitliyi dollar kreditlərinə müsbət təsir edib
Britaniya Azərbaycanda minaların təmizlənməsinə dəstək üzrə yeni layihəyə başlayır
Ruben Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib
7 Fevral 2022 18:20
6 244
Rusiyanın paytaxtı Moskva şəhərində “Prodexpo 2022” sərgisi öz işinə başlayıb. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın 30-dan çox şirkətinin istehsal etdiyi meyvə şirələri, şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. “Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunur.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, fevraln 11-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.

