Azərbaycan QHT-ləri Avropa Parlamentinə etiraz bəyanatı verdi Siyasət

Azərbaycan QHT-ləri Avropa Parlamentinə etiraz bəyanatı verdi

Azərbaycan QHT-ləri Avropa Parlamentinə etiraz bəyanatı verib.

Bəyanatda deyilir:

"Biz, QHT nümayəndələri, bir neçə dəfə beynəlxalq təşkilatlara və UNESCO-ya müraciət edərək Qarabağda və Ermənistan ərazisindəki Azərbaycan xalqının irsinə qarşı bu ölkə tərəfindən həyata keçirilmiş mədəni soyqırımı haqqında məlumat vermişik. Məhz Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində xalqımızın yüz illər tarixə malik mədəni irsi tamamilə yox olma təhlükəsi ilə üzləşmişdir.

Azərbaycana qarşı olan ikili standartlar, rasist xarakterli yanaşmalar və islamafobiya hər zaman bəzi beynəlxalq qurumların işinin ana xəttini təşkil etmişdir. Ötən gün erməni yalanlarına əsasən hazırlanan və Azərbaycanın işğaldan azad etdiyi ərazilərində ermənilərə məxsus tarixi-mədəni abidələrinin dağıdılması ilə bağlı yalan faktları özündə ehtiva edən qətnamənin korrupsioner şəxslərin əllərində oyuncağa çevrilmiş Avropa Parlamenti tərəfindən qəbul edilməsi Azərbaycana qarşı növbəti riyakarlıqdır.

Avropa Parlamenti və bu quruma üzv olan dövlətlərin diqqətinə çatdırırıq ki, Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi 30 illik işğal dönəmində xalqımıza məxsus tarixi, mədəni, dini abidələrin məhv edilməsi, yer üzündən silinməsi siyasətini dövlət siyasəti səviyyəsində - sistemli surətdə həyata keçirib, xalqımıza qarşı sözün həqiqi mənasında həm də mədəni soyqırım həyata keçirib. Ermənistan tərəfindən həyata keçirilmiş sözügedən mədəni soyqırımı azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti ilə müşayiət olunmuşdur. Belə ki, XX əsrin əvvəllərindən başlamış azərbaycanlıların əsrlər boyu öz doğma torpaqları olan bugünkü Ermənistan ərazisindən kütləvi deportasiyası nəticəsində Ermənistanda azərbaycanlı qalmamışdır. Təkcə 1988-ci ildə həyata keçirilmiş sonuncu deportasiya nəticəsində 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi. Beləliklə Ermənistan məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününkiləşdirir və mənşəyini dəyişdirir. Bununla bərabər sözügedən ərazilərdəki qədim toponimlərin erməni adları ilə əvəzlənməsi də həyata keçirilmişdir.

Uzun illərdir işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Təbii ki, bu, onların dini, mədəni və tarixi dəyərlərə olan nifrətindən irəli gəlir. Fakt kimi işğal altında olan torpaqlarımızdakı məscidlərdən ermənilərin tövlə kimi istifadə etməsini də deyə bilərik. Əgər Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmış olsaydı, işğal etdiyi Azərbaycan ərazilərindəki abidələri dağıtmazdı. Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Lakin bu sadalanan faktlara baxmayaraq müyyən beynəlxalq təşkilatlar, Avropa Parlamenti üzvləri bu durumlara səssiz qalır və əksinə Azərbayan əleyhinə qətnamələr qəbul edirlər.

Beynəlxalq təşkilatlara ünvanlanmış öncəki müraciətlərimizdə tərəfimizdən bir çox dəqiq faktlar da təqdim edilmişdir. Məsələn, digər faktlarla yanaşı vurğulanmışdır ki, Ermənistanda yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününkiləşdirilib və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib. Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbristanlıqları kimi 500-dən çox qəbristanlıq məhv edilib. Qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Azərbaycan xalqının böyük şairi Aşıq Ələsgərin də qəbri dağıdılıb.

Ümumilikdə, Ermənistan öz ərazisində Azərbaycan xalqına məxsus minlərlə mədəni irs abidəsini bilərəkdən dağıtmışdır. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda bütün insanlığa qarşı olan bir həqarətdir. Bütün bunlar onu göstərir ki, Ermənistan heç bir ümumbəşəri dəyərləri tanımır. Bütün bu qanunsuz əməllərin, onillərlə davam edən vandallıq əməllərinin cəzasız qalması isə dünya ictimaiyyətinə yanlış mesaj vermiş olur.

Dünya ictimaiyyəti bu kimi addımların Ermənistanda dövlət siyasəti olmasını anlamalı və buna qarşı addımlar atmalıdır. Bu məqsədlə beynəlxalq hüquqda mövcud instrumentlər də istifadə edilməlidir. Belə ki, mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir.

Biz Azərbaycanda fəaliyyət göstərən QHT-lər ölkəmizlə bağlı qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa Parlamentindən Azərbaycana qarşı qəbul olunmuş bu ədalətsiz qətnaməni ləğv etməyi tələb edirik.

1. Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu

2. İlqar Orucov - Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" ictimai birliyi,

3. Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondu,

4. Əziz Ələkbərli - Azərbaycan Qaçqınlar Cəmiyyəti,

5. Bahar Qasımova - Azərbaycan Qadınları Respublika Cəmiyyəti,

6. Ramil İsgəndərli - Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi,

7. Faiq İsmayılov - Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı,

8. Fatma Səttarova - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı

9. Səltənət Qocamanlı - "İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" ictimai birliyi

10. Novella Cəfərova - "D.Əliyeva adina Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti" ictimai birliyi

11. Səadət Bənənyarlı - "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyi

12. Şəlalə Həsənova - İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək İctimai Birliyi,

13. Ayaz Mirzəyev - “Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi”,

14. Şəhla Nağıyeva - "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi,

15. Mariya Hüseynova - “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi

16. Fərid Şahbazlı - İslahatçı Gənclər İctimai Birliyi,

17. Yusif Ağayev - “Dostluq" gənclərin əlaqələndirmə mərkəzi ictimai birliyi,

18. Cəsarət Hüseynzadə - "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyi,

19. Nəsiman Yaqublu - “Tarix və Mətbuat Araşdırmalarına Dəstək” ictimai birliyi,

20. Telman İsa - "Aktor" İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi,

21. Vüsalə Hüseynli - "İslahatçı qadınlar və innovasiyalar" ictimai birliyi,

22. Əhməd Abbasbəyli - "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi,

23. Fuad Abbasov - “Misra” informasiya mübadiləsi və təşəbbüsləri İctimai Birliyi,

24. Fuad Hüseynzadə - "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" ictimai birliyi,

25. Niyaməddin Orduxanlı - "Bələdiyyələrin İnkişafına Yardım" ictimai birliyi,

26. Aqil Ələsgər - "Qızılbaş" Gəncləri Maarifləndirmə ictimai birliyi,

27. Ceyhun Musaoğlu - "Jurnalist Ekspert Mərkəzi" ictimai birliyi,

28. Aqil Camal - "Ortaq Dəyərlər" ictimai birliyi,

29. Hafiz Səfixanov "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyi,

30. Mehri Xanbabayeva - “Azərbaycan Tarixçiləri" ictimai birliyi,

31. Anar Xəlilov - "Sağlam İnkişaf və Maarifləndirmə" ictimai birliyi,

32. Ziba Nəbiyeva - "İnkişafa Doğru Qadın Təşəbbüsü" ictimai birliyi,

33. Ayaz Hüseynov - "Hemofiliyalı Xəstələr" İctimai Birliyi,

34. Fuad Əsgərov - “Qan Donorları Assosiasiyası” ictimai birliyi,

35. Könül Ağayeva - Rəqəmsal İnkişaf İctimai Birliyi,

36. Ramil Abbasov - "Spektr" sosial-iqtisadi araşdırmalar və inkişaf ictimai birliyi,

37. Müşviq Ələsgərli - "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" ictimai birliyi,

38. Elçin Mirzəbəyli "Bakı Natiqlik Məktəbi" ictimai birliyi,

39. Xatirə Vəliyeva - “Xankəndi” məcburi köçkünlərə dəstək ictimai birliyi,

40. Xalid Kazımov - Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi,

41. Şahin Rəhmanlı - İrəli İctimai Birliyi,

42. Elşad Məmmədli - "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyi,

43. Elvin Talışınski - "Elin Səsi" milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyi,

44. Cavid Şahverdiyev - Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi,

45. Kəmalə Ağazadə - "Azərbaycan Uşaqları" İctimai Birliyi,

46. Toğrul Allahverdili – “Gənclərin Təşəbbüsünə və İnkişafına dəstək” ictimai birliyi,

47. Əfsələddin Ağalarov - "Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım" ictimai birliyi,

48. Zülfiyyə Nuriyeva - "Sosial, iqtisadi və kənd təsərrüfatının inkişafına dəstək" ictimai birliyi,

49. Məleykə Əlizadə - "Gəncə Regional Qadın Mərkəzi" ictimai birliyi,

50. Samirə Mustafayeva - "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi ictimai birliyi,

51. Qalib Nəbiyev - “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” ictimai birliyi,

52. Yadigar Məmmədli - "Azərbaycan Demokratik Jurnalistlər Liqası" ictimai birliyi,

53. Samir Mehdizadə - “Təhsil Şurası” ictimai birliyi".