“Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır” Siyasət
Prezident İlham Əliyev: "Azərbaycanın әrazi bütövlüyü digәr ölkәlәrin әrazi bütövlüyü kimi dәyәrli mәfhumdur"
Donald Tusk: "Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir"
"Azərbaycan və Avropa İttifaqıarasındakı münasibətlər baxımından cənab Tuskun səfəri çox vacibdir". Bu sözləri Azərbaycan prezidenti İlham Әliyev Bakıda səfərdə olan Avropa İttifaqıŞurası prezidenti Donald Tuskla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, Aİ ilə münasibətlər inkişaf edir: "Uzun illər aramızda məhsuldar münasibətlər formalaşıb. Biz ikitərəfli fikir mübadiləsi apardıq. Müsbət irəliləyişlər var. Görüşdə regional məsələləri, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik, həll yolları barədə düşündük. Mən ona danışıqlar prosesi barədə danışdım, münaqişənin tarixi barədə məlumat verdim. Bu münaqişə iki on ildir davam edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycandan qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnaməsi qəbul edilib. Ermənistan bu qətnamələri yerinə yetirmir. Bizim bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Xalqımız etnik təmizləməyə məruz qalıb. Biz münaqişənin beynəlxalq norma və prinsiplər çərçivəsində həll olunmasını istəyirik. Ümid edirik ki, gələcəkdə işğalçıya daha çox təzyiq göstəriləcək ki, Azərbaycan torpaqlarını geri qaytarsın və danışıqlar prosesini yekunlaşdırsın. Gәlәcәkdә artıq münasibәtlәrin normallaşmasından danışa bilәrik. Azərbaycanın әrazi bütövlüyü digәr ölkәlәrin әrazi bütövlüyü kimi dәyәrli mәfhumdur".
Donald Tusk isə növbəsində bildirib ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir: "Biz ümidvarıq ki, Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda həllini tapacaq. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik. Münaqişənin həlli fəaliyyətimizin prioriteti olmalıdır. Biz ATƏT çərçivəsində aparılan Minsk prosesini dəstəkləyirik".
Donald Tusk qeyd edib ki, Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşlarındandır: "Biz gələcəkdə atacağımız addımlar barədə danışdıq. Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır və biz bu tərəfdaşlığı davam etdirmək istəyirik. "Biz ikitərəfli sazişlərimizi həyata keçirmək üzrəyik. Bu baxımdan strateji əməkdaşlıq sazişi mühüm rol oynayır".
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanın Şengen zonasına daxil olmasını istədiklərini bəyan edib.
Donald Tusk Azərbaycan prezidenti ilə viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə etdiyini və bu ilin sonunadək danışıqların yekunlaşacağını bildirib: "Azərbaycanın Şengen zonasına daxil olmasını istəyirik. Xalqlar bu və ya digər ölkələrdən sərbəst səfərlər etsinlər. Biz belə bir razılığa gəldik ki, viza rejimi sadələşdirilsə, sürəkli giriş-çıxış üçün Şengen vizalarının verilməsi asanlaşacaq".
Aİ prezidenti bundan sonra da Aİ-Azərbaycan əməkdaşlığı və tərəfdaşlığının davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqının çox yaxşı iki ticarət tərəfdaşı olduğunu vurğulayıb.
Dövlət başçısı bildirib ki, Azərbaycanın xarici ticarətinin demək olar ki, yarısıAvropa İttifaqı ölkələri ilə aparılır: "Aİ ölkələri həmçinin bizim əsas investorlarımızdır. Çünki ölkəmizə sərmayələrin 50 faizindən çoxu məhz Avropa İttifaqından gəlir. Bu iqtisadi əməkdaşlığı digər sahələrə də aid etmək lazımdır. Potensial əməkdaşlıq sahələrindən biri də daşımalar sahəsidir. Artıq dəmir yolu xətti layihəsi bitmək üzrədir. Beləliklə, Azərbaycan, Türkiyə və Gürcüstan birləşəcək, qədim İpək Yolu bərpa olunacaq, iki qitə arasında ticarət dövriyyəsi artacaq. Azərbaycan tranzit ölkəsi kimi bunda öz mühüm rolunu oynayacaq".
Prezident görüşdə enerji təhlükəsizliyi məsələlərinin də müzakirə olunduğunu söyləyib: "Avropa ilə yaxşı tərəfdaşıq. Cənub Qaz Dəhlizi layihəsi ötən il təqdim edildi. Azərbaycan öz təşəbbüsü ilə bu layihəni irəli sürüb. Hazırda tərəfdaşlar, qonşu ölkələr və sərmayədarlarla birlikdə işləyirik ki, bu layihəni vaxtında icra edək. Bizim təsdiqlənmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. "Şahdəniz" qaz yatağının ehtiyatı 1 trilyondan artıqdır. Bu da gələn on illər ərzində bizi qazla təmin edəcək. Cənubi Qaz dəhlizi layihəsi ölkələri birləşdirən layihədir. Bu isə istehsalçı, istehlakçı və tranzit ölkələrə xidmət edən bir layihədir. Ölkələr arasında tarazlıq təmin edilməlidir. Bu, fevral ayında Bakıda məşvərət şurasının iclasında qəbul edilən bəyannamədə öz əksini tapıb. Bu ilin mart ayında TANAP layihəsinin tikintisi başlayıb. Biz işləri vaxtında aparırıq. Enerji təhlükəsizliyi milli təhlükəsizlikdən ayrı ola bilməz. Bu layihə həm də enerji diversifikasiyası layihəsidir və nəinki marşrutların, həmçinin mənbələrin də şaxələndirilməsi deməkdir. Azərbaycan öz ehtiyatları, infrastrukturu və təcrübələri ilə belə bir meqalayihəni həyata keçirmək əzmindədir. Biz şadıq ki, Azərbaycanın bu sahədə rolu Avropa İttifaqının bu yaxınlarda qəbul edilmiş sənədlərində öz əksini tapıb".
Aİ Şurasının sədri deyib ki, şəxsən omun üçün və Avropa İttifaqı üçün Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvo qəbuledilməzdir".
O, iki gün öncə Ermənistanda bunu aydın şəkildə bəyan etdiyini bildirib: "Bizə sülh yolu ilə həll lazımdır. Bunun alternativi yoxdur. Dinc yolla məsələnin həllinin alternativi yoxdur. Fikrimcə, biz nəinki hərbi əməliyyatlardan, həmçinin radikal tondan, düşmənçilik və ədavətə əsaslanan bəyanatlardan da uzaq olmalıyıq. Çünki bunlar Dağlı Qarabağ məsələsinin həllinə xidmət edən məqamlar deyil. Biz bu ritorikadan uzaq olmalıyıq, çünki münaqişələr bizə qətiyyən lazım deyil. Ukraynada baş verən hadisələr bu cür siyasətin, ideologiyanın, münasibətin ən açıq nümunəsidir. Avropa İttifaqı ATƏT-in Minsk Qrupunu dəstəkləyir. ATƏT-in göstərdiyi səylər münaqişənin həlli ilə bağlı müəyyən edilmiş beynəlxalq formatı təşkil edir. Biz ümidvarıq ki ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrinin göstərdiyi səylər sülhün bərpası üçün əsas olacaq. Biz, prezidentlər, bunu müzakirə etdik. Siz bununla bağlı bəzi məqamlarda məyus da ola bilərsiniz. Lakin hesab edirəm ki, bizə daha çox təmkin lazımdır. Biz əmin olmalıyıq ki, məsələnin həlli üçün əlimizdən gələni edirik".
Azərbaycan Prezidenti Donald Tuskun Serj Sarkisyanla görüşünə də diqqət çəkib: "Avropa İttifaqı Şurasının sədri ilə mətbuat konfransında Ermənistan prezidenti Azərbaycanın demokratiyadan uzaq olduğunu dedi. O, demokratiya haqqında danışa bilməz, çünki 2008-ci ildə əvvəlki prezident tərəfindən sadəcə, təyin edilmişdi, baxmayaraq ki, guya seçkilər keçirmişdilər".
Dövlət başçısı xatırladıb ki, Ermənistanda 2008-ci ildə keçirilən "seçkilər"də insanlar qətlə yetirilmişdi: "Belə olan halda, bu insan bu haqda ümumiyyətlə, heç danışmamalıdır. Azərbaycanla Ermənistanı eyni tərəziyə qoymaq məsələsinə gəldikdə, mənə elə gəlir ki, bu ittihamın Azərbaycan tərəfindən gəlməsi daha təbii görünərdi. Çünki beynəlxalq ictimaiyyət aydın şəkildə işğalçı ilə işğala məruz qalan arasında fərq qoymalıdır. Hal-hazırda biz danışıqlar formatı üzərində müzakirə aparırıq ki, münaqişənin dinc yolla həllinə nail olaq. Lakin münaqişənin məhz səbəbləri yaddan çıxarılmalı deyil. Erməni separatçıları Dağlıq Qarabağda Ermənistan tərəfinin dəstəyi ilə Azərbaycana qarşı təcavüzə keçdilər və münaqişənin ilk qurbanları azərbaycanlılar oldu. İşğal etnik təmizləmə siyasəti ilə,Xocalıdakı soyqırımla nəticələndi. Azərbaycan ərazisinin 20 faizi işğal altında düşdü və biz bu işğalın nəticələri ilə üzləşdik. Və çox aydın şəkildə görünür ki, Azərbaycan ərazisinin böyük bir hissəsi Ermənistanın işğalı altındadır. Oradan azərbaycanlılar qovulub. Onlar bizim tarixi, dini abidlərimizi yerlə yeksan ediblər. Yeri gəlmişkən, bunlar ATƏT-in iki faktaraşdırıcı missiyasının hesabatında öz əksini tapıb. İndi isə onlar Azərbaycanı ittiham edirlər ki Azərbaycan blokada tətbiq edir. Azərbaycanı ksenofobiyada ittiham edirlər. Azərbaycan Ermənistandan fərqli olaraq çoxmillətli, çoxkonfessiyalı ölkədir. İndiki dünyada necə ola bilər ki, bir ölkənin əhalisinin 99 faizi bir millətə aid olsun? Lakin Azərbaycan qürur hissi ilə qeyd edir ki, çoxmillətli ölkədir. Azərbaycan bundan fərəhlənir. Azərbaycanda bütün dinlərin, konfessiyaların nümayəndələri yaşayır. Onlar Azərbaycan vətəndaşlarıdır".
Prezident bir daha qeyd edib ki, təcavüzə məruz qalanla təcavüzkar arasında fərq qoyulmalıdır: "Təcavüzkar ədalət məhkəməsi qarşısında cavab verməlidir.BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsi qəbul olunub. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələbi qeyd olunur. İşğala, təcavüzə heç bir əsaslandırılma verilə bilməz. Nə qədər tez Ermənistan bu reallığı anlasa, o qədər onların özləri üçün yaxşı olar. Çünki torpaqları işğal altında saxlamaqla Ermənistan özünü regional əməkdaşlıqdan, Azərbaycandan, qonşularından təcrid edir. Bunun nəticəsində Ermənistanda hərtərəfli yoxsulluq baş verir. Ermənistan əhalisinin 50 faizindən çoxu yoxsulluq səviyyəsindən də aşağı səviyyədə yaşayır. Bu təcavüzün, işğalın nəticəsidir. Ermənistan rəhbərliyinin uzaqgörənliyi varsa, nəhayət, anlayacaq ki, qonşuları ilə münasibətlər normallaşdırılmasa, Ermənistanın gələcəyi sual altında olacaq".