"Paşinyan üçün geri sayım başlayır" Siyasət

"Paşinyan üçün geri sayım başlayır"

Avropa İttifaqı prezidenti Şarl Mişelin vasitəçiliyi Azərbaycan və Ermənistan liderlərinin üçüncü görüşü keçirildi. Bu görüş otən ay əldə olunan razılaşmaların Ermənistan tərəfindən əməl edilməməsinə və prosesdə Moskvanın pozuculuq fəaliyyətinin qarşısının alınmasına yönəlib. Çünki Kreml məhz Ermənistana təzyiqlər edərək əldə olunan razılaşmaları pozmuş və öz vasitəçiliyini prioritet olaraq qalmasında israr etmişdir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Brüsseldə yenidən razılaşma əldə olundu. Bu görüşdə məhsuldar və davamlılığı qorumaq kontekstində irəliləyişə söykənəcək. Azərbaycan bu razılaşmalara əvvəlki kimi sadiqdir. Amma, Ermənistan tərəfinin buna gedəcəyi polemika olaraq qalır: "İlk növbədə razılaşmaya uyğun olaraq Azərbaycan tərəfi bir neçə erməni məhbusu qarşı tərəfə iadə etməsi mümkündür. Bundan sonra dövlət sərhəddində ikitərəfli komissiyanin üzvüləri görüşə bilər.

Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada birgə görüş üçün dəvət etməsi realdır. Bununla çalışacaq ki, sərhəd komissiyasında Rusiya öz nümayəndəsi ilə iştirak etsin.

Bundan əlavə, bu görüşdə Qarabağda ermənilərin təhlükəsizliyi gündəliyə gətirilib. Göründüyü kimi bu görüşdə hər hansı bir statusdan söhbət getməyib. Azərbaycan ermənilərə təhlükəsizlik zəmanəti verir. Amma, Ermənistan buradakı silahlı birləşmələri ləğv etməlidir. Ermənistan üçün Moskvadan gözlənilən təzyiqlər var. Qəti şəkildə Moskva Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh müqaviləsinin bağlanmasına dözümlü yanaşmayacaq. Qarabağda Rusiya məhz silahlı erməni birləşmələrinin əli ilə provakasiya təşkil edə bilər. Bu baş verərsə, Azərbaycan tərəfi yeni mövqelər əldə edəcək və ərazilərə nəzarəti bərpa edəcək. Təbii ki, bu da sülh prosesinə zərbə vurmayacaq. Çünki Ermənistan hakimiyyəti məsələyə Qarabağsız baxır".

Politoloqun fikrincə, Brüssel görüşü davamlı olacaq. Amma, sülh müqaviləsinin bağlanması bu il ərzində mümkün deyil: "Əgər,
Azərbaycan və Ermənistan arasında yaxınlaşma olarsa Yerevanda silahlı qruplar ortaya çıxa bilər. Amma, Paşinyan xalqın növbəti dəstəyi ilə bu problemi də həll edəcək. Əsas məsələ Qarabağdakı separatçı qruplarda. Onlar Yerevana tabe olmayacaq. Ümumiyyətlə, Paşinyan üçün geri sayım başlayır. Avropa İttifaqının vasitəçiliyini pozacaqsa regionda izolyasiya olunacaq.

Qeyd edim ki, prezident İlham Əliyevin bu istiqamətdə siyasəti çevikdir və milli maraqlar kontekstində qarşı tərəfə heç bir güzəşt tanımır".
Cavid