Azərbaycandan Avropaya enerji ehtiyatlarının artırılması üçün müxtəlif yollar var - ABŞ səfiri Siyasət

Azərbaycandan Avropaya enerji ehtiyatlarının artırılması üçün müxtəlif yollar var - ABŞ səfiri

Azərbaycandan Avropaya enerji ehtiyatlarının artırılması üçün müxtəlif yollar mövcuddur.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger brifinq zamanı Trend-in müxbirinin sualını cavablandırarkən deyib.

"Azərbaycan Avropaya daha çox qazın tədarükündə mühüm rol oynaya bilər. Hazırda Avropada qaza böyük tələbat var və tələbat yüksək səviyyədə qalacaq, belə ki, Avropa tədarük mənbələrini şaxələndirməyə çalışır. Azərbaycanın həm də külək və günəş enerjisində böyük potensialı var. Qaz tədarükünün artırılmasının yollarından biri Trans-Xəzər boru xətti layihəsinin reallaşdırılmasıdır. Texniki və siyasi məsələlərlə bağlı müzakirələr aparılır", - deyə o bildirib.