Bakı forumu ölkəmizin beynəlxalq müstəvidə baş verən böhrandan çıxış üçün əsas müzakirə platformasıdır Siyasət

Bakı forumu ölkəmizin beynəlxalq müstəvidə baş verən böhrandan çıxış üçün əsas müzakirə platformasıdır

Rusiyanın Ukraynanın şərqində Donbasda lokal irəliləyişi Kremlin qonşu ölkələrə qarşı təhdidinə yol açır. Artıq Kremlə yaxın ekspert dairələri vahid MDB tarix dərsləriklərindən, vahid valyutadan və s. kimi açıqlamalar verirlər. Göründüyü kimi Rusiyanin Ukraynaya hücumu məhz yeni bir ittifaq yaratmaqdır və bu dünyanın təhlükəsizliyini təhdid edir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

Rusiya təhlükəsinin Ukrayanada qarşısı alınmasa, Moskva Mərkəzi Asiyanı, Şərqi Avropa və Cənubi Qafqazı nəzarət alacaq. Bu da bütövlükdə dünyanın siyasi nizamını pozar və ABŞ başda olmaqla NATO beynəlxalq müstəvidə siyasəti müflis olar. Həmçinin Türkiyənin Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxin Şərq siyasətinə stop qoyular: "Ona görə də dünya Rus işğalına qarşı birləşməsə yeni faciələr qapıdadır.
Bu gün Azərbaycan gəncliyi yaxşı bilməlidir ki, Rusiya aqressordur və regionumuzda sülhü təhdid edir. Bu gün dünyada ərzaq məhsullarının qiymətində bahalaşma, qida terroru məhz Kremlin işğal siyasətinin nəticəsidir".

Bu gün Bakida keçirilən Bakı forumunda prezident İlham Əliyevin xüsusi qeyd etdikləri ərzaq bazarında böhran, sülh və təhlükəsizliyin təhdidinə qarşı mütərəqqi dünya bir olmalıdır: "Bu forum Rusiyanın Ukraynaya qarşı müharibəsi və Ermənistanla Azərbaycan arasında danışıqlar fonunda keçirilir. Buradan verilən mesajlardan da aydin olur ki, regionumuz təhdid qarşısındadır. Azərbaycanın hazırkı mövqeyi aparılan siyasət ölkəmizin təhlükəsizliyini təmin etsə də yaxın perspektivdə bütün təhlükəli çağırışlara hazır olmalıyıq.

Bakı forumu ölkəmizin beynəlxalq müstəvidə baş verən böhrandan çıxış üçün əsas müzakirə platformasıdır. Azərbaycanın qalib ölkə olması, Cənubi Qafqazda yeni bir siyasi nizam yaratması, Qərblə Şərq arasında nəqliyyat habını reallaşdırması, həmçinin Qərbin enerji təhlükəsizliyində xüsusi rol oynaması Bakını dünyanın diqqət mərkəzində saxlayır".
Cavid