Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
30 İyun 2022 15:05
2 807
Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin Bakı Konfransında iclaslar ölkələrimiz üçün əhəmiyyətli dəyişikliklərə yol açacaq.
Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu gün dünyada qlobal məsələlərdə qalıcı həll yollarının tapılması ədalətin bərpa edilməsi ilə mümkün olacaq.
“Pandemiya bizə çoxtərəfli münasibətlərin nə dərəcədə əhəmiyyətli olduğunu göstərdi. Parlament diplomatikası qlobal problemlərin həllinə töhfə verə bilər. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzunun artdığını gördük”, - deyə M.Şentop əlavə edib.
Qeyd edək ki, iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb.
13 Sentyabr 14:54
826
12 Sentyabr 10:20
1 246
12 Sentyabr 10:18
2 814