Ceyhun Bayramov: İnanıram ki, müharibədə qalib çıxdığımız kimi, sülh işimizdə də qalib olacağıq Siyasət

Ceyhun Bayramov: İnanıram ki, müharibədə qalib çıxdığımız kimi, sülh işimizdə də qalib olacağıq

İnanıram ki, müharibədə qalib çıxdığımız kimi, sülh işimizdə də qalib olacağıq. Çox yaxın zamanlar biz bunun nəticələrini görəcəyik.

Trend xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov iyulun 9-da Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin müşavirəsinin mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilən sessiyasında çıxışı zamanı deyib.

Nazir, eyni zamanda, tədbirdə iştirak edən rəsmi şəxslərə də öz təşəkkürünü bildirib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan beynəlxalq hüququ bərpa etdi: "Biz sülh quruculuğu prosesində qalib olmaqla bütün dünyaya fərqi nümayiş etdirəcəyik".