4 Noyabr 15:45
“Əli Kərimli ölkəmizin uğursuzluqla assosiasiya olunan keçmişidir! ”
Nazirlik: Şəxsin pensiya kapitalından vaxtından əvvəl istifadə etməsi nəzərdə tutulmayıb
Gələn il pensiyalar üzrə indeksasiyanın 9,2% olması proqnozlaşdırılır - YENİLƏNİB
Livanda İsrailin hücumu nəticəsində bir "Hizbullah" döyüşçüsü öldürülüb
Azərbaycan qlobal rabitə qurumunun rəhbərliyində təmsil olunacaq
25 İyul 2022 12:04
2 646
Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılmasını təqdir edirəm. Gəlin gənclər platformasını gücləndirək, hamı üçün inkluziv və layiqli həyat üçün zəmin yaradaq.
Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammitinin açılış mərasimində iştirakçılara ünvanladığı çıxışında BMT Baş Assambleyasının Prezidenti Abdulla Şahid deyib.
O, sammitin təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib.
Gənclərin qlobal dayanıqlılığın inkişafına töhvə verdiyini diqqətə çatdıran A.Şahid postpandemiya dövründəki bərpada gənclərin aktiv fəaliyyətinə ümid etdiyi bildirib.
O əlavə edib ki, Qoşulmama Hərəkatı dünyanın müxtəlif nöqtələrindən olan gənclər üçün iştirak və mədəni mübadilə istiqamətində platforma təklif edir və bu vacibdir.