Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
19 Avqust 2022 19:26
3 962
Prezident İlham Əliyev Poluxovun Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
Dövlət başçısının digər sərəncamı ilə Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Karib Hövzəsi Ölkələri Birliyi yanında səlahiyyətli nümayəndəsi vəzifəsindən də geri çağırılıb.
Eyni zamanda Prezident İlham Əliyev Rəşad İntiqam oğlu Novruzun Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
11:54
574
11:53
588
08:27
672