“Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə zərərçəkmişlər Laçına səfər ediblər Siyasət

“Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə zərərçəkmişlər Laçına səfər ediblər

Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul etdiyi qərara əsasən zərərçəkmiş kimi tanınan məcburi köçkünlər Laçın rayonuna səfər ediblər.

Trend xəbər verir ki, səfər zamanı həmin məcburi köçkünləri Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov müşayiət edib.

Qeyd edək ki 2015-ci ildə Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə qərarı ilk və yeganə beynəlxalq məhkəmə sənədidir ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı sübut və təsdiq olunur. Avropa İnsan Haqları Məhkəməsinin qərarında bildirilir ki, Azərbaycanın işğal altında olan ərazilərində insan hüquqlarının pozuntusu ilə bağlı bütün hallara görə məsuliyyəti məhz Ermənistan daşıyır. Qərar üzrə Ermənistanın daha bir öhdəliyi azərbaycanlı məcburi köçkünlərin birbaşa Ermənistan dövlətinə qarşı iddialarına baxılması üçün mexanizm yaratmasıdır, ötən 7 ildə Ermənistan nəinki bu mexanizmi yaratmayıb, Avropa Şurası Nazirlər Komitəsi də bunun üçün Ermənistana heç bir təzyiq etməyib. Ermənistan həmçinin 7 ildir ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarına hörmətsizlik edərək azərbaycanlı məcburi köçkünlərə təzminatı ödəmir.