Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
23 Sentyabr 2022 08:21
2 506
Azərbaycan oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə dəvət alıb.
Trend-in "AFP" agentliyinə istinadən verdiyi məlumata görə, sammitə Avropa İttifaqının (Aİ) 27 üzvündən başqa daha 17 ölkə dəvət olunub.
Dəvətləri Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Çexiyanın Baş naziri, Aİ-nin hazırkı prezidenti Petr Fiala imzalayıblar.
Azərbaycan, Türkiyə, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna və İngiltərə dəvət alıblar.
Aİ administrasiyası Avropa qitəsi ölkələrinin Avropa siyasi birliyi ilə siyasi koordinasiyası üçün platforma yaratmağa çalışır. Bunun ideyası Fransa prezidenti Emmanuel Makron tərəfindən irəli sürülüb.
İdeya siyasi dialoq və əməkdaşlığı gücləndirməklə ümumi maraqların həllinə, bununla da Avropada təhlükəsizliyin, sabitliyin və rifahın artırılmasına yönəlib.
Oktyabrın 6-da Praqada keçiriləcək ilk iclasın yekunları üzrə rəsmi açıqlamalar və ya rəsmi qərarlar gözlənilmir.
14:54
721
12 Sentyabr 10:20
1 162
12 Sentyabr 10:18
2 702