Almaniya kansleri Fridrix Merz İrana çağırış edib
13 Oktyabr 15:57
13 Oktyabr 15:57
Bild: Almaniyada əmək nazirinin istefası hakim koalisiyada fikir ayrılıqlarını dərinləşdirib
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
FSB Saxalində yapon jurnalisti casusluqda şübhəli bilərək saxlayıb
21 Oktyabr 2022 15:50
2 884
Beynəlxalq konfransın iştirakçıları bu gün Ağdamda Ermənistan Silahlı Qüvvələrinin törətdiyi vəhşilikləri, mədəni irsimizin, abidələrimizin dağıdılması faktları ilə tanış olurlar.
Trend xəbər verir ki, bunu bu gün beynəlxalq konfransın iştirakçıları ilə birlikdə Ağdamda səfərdə olan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva jurnalistlərə bildirib.
Onun sözlərinə görə, müharibə cinayətləri haqqında iki gün ərzində həm Ombudsman, həm də aidiyyəti bir neçə qurum tərəfindən onlara məlumat verilib.
“Qonaqlarımız Avropa, Asiya, Afrika kimi yerlərdən gəliblər. Hesab edirəm ki, məhz öz gözləri ilə gördükləri təəssürat çox fərqlidir. Bu ikigünlük konfrans nəticəsində Bakı Bəyannaməsi qəbul olundu. Konfransın məzmunu biznes və insan hüquqları ilə bağlı idi. Konfransda bu sahələrdə fəaliyyət göstərən bir neçə beynəlxalq səviyyəli mütəxəssis də iştirak edirdi. Aydındır ki, 30 il işğalda olan torpaqlarımızda bütün biznes fəaliyyətlər məhdudlaşdırılmışdı. Bu gün keçmiş məcburi köçkünlərimizin bu ərazilərdə fəaliyyətlərinə mane olan əsas məsələ mina problemidir. Ermənistanın cəzalandırılması isə ayrı bir məsələdir. Bu gün erməni diversiya qrupları ərazilərimizə mina basdırma prosesini yenə də davam etdirir. Biz dəfələrə beynəlxalq tərəfdaşlarımıza müraciətlər etmiş, dərhal sərt formada reaksiya vermələri üçün çağırışlar etmişik. Onu da qeyd edim ki, ilk dəfə Yaponiya, HonqKonq, İndoneziya kimi ölkələrdən nümayəndələr bu ərazilərə gəlib və bir çox ölkələrdən isə onlayn formada qoşulublar.
Konfransda ANAMA nümayəndəsi geniş bir təqdimatla çıxış etdi, onun qeyd etdiyi faktlar qonaqları şoka salmışdı. Elə olur ki, bir kvadratmetr əraziyə 8 mina basdırılıb. Biz dəflərlə bu cür məsələləri qaldırmışıq. Minaların basdırılması bir cinayət, dəqiq mina xəritələrinin verilməməsi ikinci cinayət, Azərbaycana ödənilməsi gərəkən kompensasiya isə üçüncü cinayətdir”, - Ombudsman qeyd edib.
13 Oktyabr 18:27
756
13 Oktyabr 17:53
812
13 Oktyabr 17:47
847