

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyası Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərmək üçün Azərbaycana hərbçi göndərilməsi ilə bağlı təklifin müddətini daha bir il uzadıb.
Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Layihədə monitorinq mərkəzinin fəaliyyətinin uğurla davam etdirdiyi bildirilib. Bu mərkəz vasitəsilə Türkiyənin bölgənin təhlükəsizliyinə və tərəflər arasında etimadın qurulmasına töhfə verdiyi vurğulanıb.
Sənəddə Türkiyə Silahlı Qüvvələri personalının Birgə Mərkəzdəki vəzifələrinin davam etdirilməsinin Türkiyənin bölgədəki effektiv və konstruktiv rolunun və milli maraqlarının tələbi olduğu vurğulanıb.
Qeyd edək ki, Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının uzadılması barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından qanun layihəsi ötən ay Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.
Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi işğaldan azad olunan Ağdam rayonunda yerləşir.