18 Noyabr 2022 16:30
3 416
ABŞ Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşır.
Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Cameron Millard noyabrın 18-də Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla keçirilən görüşdə deyib.
Qonaq iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, Azərbaycan Vətən müharibəsində əldə etdiyi Zəfərdən sonra regionda yeni reallıq yaradıb və yeni təşəbbüslərlə çıxış edir.
Söhbətdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri - Siyasi işlər şöbəsinin rəhbəri Mihail Seroka və Siyasi işlər üzrə müşavir Brett Dvorak iştirak ediblər.
12 Mart 21:33
980
12 Mart 18:48
1 253
12 Mart 17:55
1 197