16 Mart 19:53
16 Mart 19:28
Ağdərə, Xocavənd və Cəbrayıl rayonlarına növbəti köç karvanları yola salınıb
İsrailin Livana zərbələri nəticəsində 900-ə yaxın dinc sakin həlak olub
Pakistanın Kabilə hava hücumları nəticəsində ölənlərin sayı 400-ə çatıb
KİV: ABŞ hərbçilərinə bazadan kənarda forma geyinmək qadağan edilib
"Regionda hərbi eskalasiya Çinin sənaye və iqtisadi sabitliyi üçün ciddi risklər yaradır"
5 Dekabr 2022 15:37
2 555
Bizim müntəzəm əlaqələrimiz, həm ikitərəfli əsasda, həm də beynəlxalq tədbirlər çərçivəsində ünsiyyətimiz artıq yaxşı ənənəyə çevrilib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.
“Azərbaycan və Rusiya arasında liderlər səviyyəsindən başlayaraq, hökumət başçıları, aidiyyəti nazirlik və idarələr, Rusiya Federasiyasının subyektlərinin rəhbərləri səviyyəsində müxtəlif istiqamətlər üzrə danışıqlar prosesinin intensivliyi iki ölkə arasında dialoqların geniş spektrinin ən bariz nümunəsidir. Bu baxımdan, mənə elə gəlir ki, qarşılıqlı ticarət dövriyyəsinin, elmi-texniki əlaqələrin, humanitar əlaqələrin artırılması baxımından qarşılıqlı əlaqələri əks etdirən və tənzimləyən müvafiq yol xəritələrinin həyata keçirilməsinə də diqqət yetirilməsi mühüm element olacaq. Düşünürəm ki, bu gün bizim bütün bu spektrləri nəzərədn keçirmək imkanımız olacaq və təbii ki, mühüm mövzu Ermənistan-Azərbaycan münasibətlərinin münaqişədən sonra normallaşması, Rusiyanın vasitəçilik səyləri və üçtərəfli bəyannamələrin icrasıdır. Düşünürəm ki, bütün bu məsələləri bu gün müzakirə etmək üçün fürsətimiz olacaq”, - deyə o bildirib.
16 Mart 19:12
1 274
16 Mart 17:50
1 260
16 Mart 17:21
1 407