Fazil Mustafa diplomatik korpusları sərt tənqid etdi Siyasət

Fazil Mustafa diplomatik korpusları sərt tənqid etdi

“Bu səfirlərin münasibət quracağı 3-5 adam da yoxur?”

“Ötən ilcasda biz Fransa Milli Assambleyasının qəbul etdiyi bədnam qətnaməyə hamılıqla etirazımızı bildirdik. Amma bununla yanaşı biz həm də bir şeyi unutduq”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən pelanar iclasında millət vəkili Fazil Mustafa deyib. “Biz özümüzə aid olan yarıtmazlığı unutduq”,- deyən millət vəkili diqqətə çatdırıb ki, 30 ildir orada diplomatik korpusumuz fəaliyyət gösdərir: “Amma hamı Azərbaycanın əleyhinə səs verdi. Yəni bu səfirlərin münasibət quracağı 3-5 adam da yoxur? Təqsirin hamısı emrənilərlə bağlıdır? Ermənilər hamını ələ alıblar? Bir çox hallarda bu sahədə fəaliyyət göstərən adamlar qabiliyyətinə, yaxud qabiliyyətizizliyinə görə yuxarı vəzifələrə gedirlər. Bizim Diasporla İş üzrə Dövlət Komitəmiz də var. Bir yerdə bu yükü birlikdə götürmək mümkündür. Əgər Prezident bütün danışıqları aparacaqsa, o halda bunlara nə ehtiyac var? Orada səlahiyyətli şəxslərlə əlaqələr qurmaq lazımdır. Bir çoxları bu qabiliyyətdən məhrumdurlar. 5 il vaxt öldürüb geri qayıdandan sonra onlardan soruşulmur ki, nə əldə etmidsən?”.

Əli