Ermənistan BMT TŞ-ni aldatdı, bizim "operativ" bəzi media orqanları isə ona yardım etdi - Aydın Quliyev Siyasət

Ermənistan BMT TŞ-ni aldatdı, bizim "operativ" bəzi media orqanları isə ona yardım etdi - Aydın Quliyev

BMT TŞ-nin 20 dekabr ,2022-ci il iclasında müzakirə olunan məsələ ilə Ermənistan dünyanı növbəti dəfə aldatdı ,bizim bəzi "bərk gedən"media orqanlarımız isə yenə erməni "informasiya toruna "düşdülər."Quş dimdiyindən tələyə düşən kimi" bəzi bizimkilər də "mən hamıdan operativəm "kimi mənasız prinsipin üzündən informasiya məkanımıza ziyan vurdu.

TŞ-də Laçın yolunun məsələsi müzakirə olunmamışdan bir gün əvvəl erməni mediası "Laçın dəhlizində yaranmış vəziyyət BMT TŞ-də müzakirə olunacaq" başlıqlı xəbər yaymışdı.Xəbərin məzmunu da belə idi ki, Ermənistanın müraciəti ilə TŞ məsələni müzakirəyə çıxarır .Yəqin çoxları ,şəxsən mən özüm də həm təəccüb etdim,həm də etmədim ki,ermənilər özləri planlı şəkildə yaratdlqları bu gərginliyi TŞ kimi dünya qurumuna da operativ çıxara bildilər

Sonra....Bizim bəzi media resursları həmin erməni xəbərini heç bir şərhsiz,filansız, təxminən eyni başlıqla tərcümə edərək kiçik bir mətnlə yaydılar .Beləliklə ,erməni informatorlarının planı "Ermənistan cəmi 1-2 günə TŞ kimi dünya qurumunun müzakirəsinə məsələ çıxarmaq gücündədir"ideyasını başlara yeritmək idi,bizim "zirəng media orqanı " da bu işdə onlara yardım etdi.Necə deyərlər,"pişiyin könlü samanlıqda idi,it də onu vurub ora saldı"...Daha sonra isə erməni mediası öncədən hazırlanmış plana uyğun olaraq TŞ-də Azərbaycanın əleyhinə danışan ,ittiham edən bütün səfirlərin çıxışlarını geninə-boluna tirajladılar.ABŞ ,İngiltərə,Fransa,Nuderland,Norveç, və sair,hətta meymun kimi banan yeyənlərin Qabon dövlətinin səfiri də Azərbaycanı "Laçın yolunu bağlamaqla Qarabağda humanitar fəlakət yaratmaqda qınayaraq dərhal dəhlizi açmağa "çağırdılar.Heç kimdə şübhə qalmadı ki,ermənilər məhz Laçın yolunun bağlanması məsələsini TŞ-yə çıxarmağı hədəfləmişdilər və cəmi iki gün ərzində müzakirəni operativ təşkil etdirə bildilər ...Halbuki,TŞ-də bu müzakirənin kökündə hansı faktın dayandığını bilsəniz ,içimizdəki bəzi media qurumlarının bizə necə ziyan vurmağından şoka düşərsiniz.

Məsələ burasındadır ki, BMT TŞ-nin 20 dekabr iclasının rəsmi gündəliyində "Laçın yolunda vəziyyət"adlı mövzu qətiyyən olmayıb,mövzu bu ilin 12-14 sentyabr günlərində Azərbaycan -Ermənistan sərhəddində baş vermiş hadisələr olub.Ermənistan sentyabrın 13-də TŞ-yə müraciət edərək Azərbaycanın "guya onlara təcavüz etdiyini,Ermənistanın ərazilərini tutduğu və 200-dən çox ermənini məhv etdiyini "özündə ehtiva edən "hekayənin"müzakirəsini istəmişdi.

TŞ-nin 20 dekabr iclası da ,yəni Ermənistanın müraciətindın düz 3 ay sonra məhz bu mövzunu müzakirə etməli idi.Burada Ermənistanın TŞ üzərundə heç bir operativ təsir gücündən danışmaq olmaz...Gördünüzmü, məsələnin əsil kökləri nədir...

Yenə sağ olsun,Trend agentliyinin rəhbərliyi....Həmin iclasda Azərbaycanın səfiri Yaşar Əliyevin arqumentli cavab və ittihamçı çıxışının mətnini dərhal yaymaqla vəziyyəti xeyli aydınlaşdırdı.

Aydın Quliyev
"Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert