“ATƏT Qarabağ məsələsində hakim mövqeyini itirə bilər” Siyasət

“ATƏT Qarabağ məsələsində hakim mövqeyini itirə bilər”

"İran Dağlıq Qarabağ münaqişəsində tədricən aktivləşəcək". Bu barədə ABŞ Dövlət Departamentinin keçmiş SSRİ məsələləri üzrə xüsusi məsləhətçisi, Vaşinqton İnstitutunun professoru, məşhur politoloq Pol Qobl deyib.
Pol Qobl İranın Minsk qrupunun üzvü olacağını düşünmür: "Lakin münaqişənin həlli gecikdikcə təzyiqlər artacaq və bu proses ATƏT-in münaqişənin həlli məsələsində hakim mövqeyini itirməsinə səbəb ola bilər".
Məşhur politoloq yaxın dövr ərzində Dağlıq Qarabağ probleminin həll olunacağına şübhə ilə yanaşır.
"Lakin bütün hallarda biz münaqişənin həll olunacağına ümid edirik. Birləşmiş Ştatlar da həmişə bunu istəyir", - deyə o bildirib.