“Neft gəlirləri artsa da, manat sabit qalacaq”
17 Mart 19:38
17 Mart 19:38
17 Mart 19:35
17 Mart 18:44
17 Mart 16:32
31 Yanvar 2023 16:13
2 856
Bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib.
APA-nın əldə etdiyi məlumata görə, DİN tərəfindən əməliyyat keçirilən məkanlar arasında SalamNews informasiya agentliyi və “İnteraz” da var.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar.
Millət vəkili Arzu Nağıyev məsələ ilə bağlı xalqcəbhəsi.az-a açıqlamasında bildirdi ki, əməliyyatlar davam etdiriləcək: “Dövlət hər şeyə nəzarət edir. İstər media adı altında cəsusluqla məşğul olanlar, istər dini qruplaşmalar, istrərsə də digər sahələrdə müxtəlif adlarla Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən şəbəkələr ifşa ediləcək. Onlar elə düşünməsin ki, dövlətin bir çox məsələdən xəbəri yoxdur. Hər şey dövlətin nəzarəti altındadır, dövlət kimin hansı adla maskalandığını və nə işlə məşğul olduğunu yaxşı bilir. İfşa və həbslər qaçılmazdır və bu əməliyyatlar davamlı olacaq”.
Əli
17 Mart 16:33
1 155
17 Mart 16:26
1 162
17 Mart 15:05
1 267