"Türkiyə gəmisi ilə bağlı insident Rusiya tərəfindən şəffaf araşdırılmalıdır" - POLİTOLOQ
“Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinin qalibləri mükafatlandırılıb
ƏƏSMN şöbə müdiri: Qanuna edilən dəyişiklik atalıq məzuniyyətindən istifadəyə şərait yaradacaq
Azərbaycan və Oman enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər
“Bibiheybət” Gəmi Təmiri Zavodunun işçiləri fəaliyyətdə olan digər zavodlara köçürüləcək
1 Fevral 2023 11:06
2 093
UNESCO rəhbərliyi Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş silahlı hücumu pisləyib.
Trend-in məlumatına görə, bu barədə UNESCO rəhbərliyinin Azərbaycanın təşkilat yanındakı Daimi nümayəndəliyinə ünvanlandığı rəsmi məktubda bildirilib.
UNESCO-nun Baş direktorunun adından göndərilən məktubda Azərbaycan hökumətinə və xalqına rəğbət ifadə olunaraq başsağlığı ifadə edilib. Həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verilib və xəsarət alanların tezliklə sağalması dilənilib.
BMT-nin Azərbaycanın və onun xalqının yanında olduğu bildirilərək, indiki çətin vəziyyətdə diplomatik missiyaya qarşı belə aktların qadağan olduğu vurğulanıb. Məktubda, həmçinin qeyd edilib ki, Azərbaycan UNESCO Katibliyinin dəstəyinə tam əmin ola bilər.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
11:32
980
11:24
938
16 Dekabr 17:20
1 407