“Bu səfərbərlik genişmiqyaslı müharibənin başlayacağı anlamına gəlmir”
AGEC: Azərbaycanda bərpa olunan enerji layihələrinin icra mexanizmləri təkmilləşdirilməlidir
DB: Azərbaycan üçün növbəti mərhələ özəl sektorun inkişafını dəstəkləyən islahatlardır
Erich Morales: "Fitch" Azərbaycanın bank sektorunda əhəmiyyətli irəliləyiş müşahidə edir
Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu
3 Fevral 2023 12:41
4 165
ABŞ Azərbaycanla əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir.
Bu sözləri Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasında çıxış edən ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman deyib.
Bildirib ki, Prezident Cozef Bayden Xəzər dənizindən Avropaya qaz ixracı məsələsini dəstəkləyir. ABŞ Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyini təmin etmək üçün Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
“Cənub Qaz Dəhlizi Avropa üçün çox əhəmiyyətli layihədir və Azərbaycan qitənin enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rola malikdir. Lakin Cənub Qaz Dəhlizi Avropanın yalnız enerji deyil, siyasi təhlükəsizliyinin də möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bu layihə bir çox ölkənin əməkdaşlığına imkanlar yaradır ki, bu imkandan istifadə iqtisadi artımı təmin edir. ABŞ Xəzər dənizində hasil olunan təbii qazın Avropaya nəql olunmasını bundan sonra da dəstəkləyəcək və Azərbaycana yardım edəcək”, - deyə Laura Loxman vurğulayıb.
Xanım Laura Loxman onu da qeyd edib ki, dünyada ekoloji problemləri nəzərə alan ABŞ Azərbaycanda yaşıl enerji istehsalına və ixracına sərmayə yatıra bilər.
5 Oktyabr 22:14
910
5 Oktyabr 21:39
791
5 Oktyabr 20:50
819