Azərbaycan prezidenti Misir Sərhəd Qoşunlarının komandanını qəbul edib Siyasət

Azərbaycan prezidenti Misir Sərhəd Qoşunlarının komandanını qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Misir Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının komandanı Əhməd İbrahim Məhəmməd İbrahimini qəbul edib.
Əhməd İbrahimi Azərbaycanın Misirə dost ölkə olduğunu, Misirin ölkələrimiz arasında əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
İki ölkənin sərhəd xidmətlərinin əməkdaşlığına toxunan qonaq Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisinin Misirə, özünün isə Azərbaycana səfərinin ölkələrimizin sərhəd xidmətləri arasında əlaqələrin inkişafına töhfə verəcəyini söyləyib. Ölkələrimizin müvafiq qurumlarının uğurlu əməkdaşlıq həyata keçirdiklərini deyən Əhməd İbrahimi bu əməkdaşlığın təhlükəsizlik, hərbi-texniki və digər sahələri əhatə etdiyini deyib. Azərbaycanın hərbi-texniki sahədə və təlimlərin keçirilməsində yaxşı təcrübəyə malik olduğunu vurğulayan Əhməd İbrahimi sərhəd xidmətləri arasında təcrübə mübadiləsinin önəmini də qeyd edib. O, ölkəmizə sabitlik, firavanlıq və bütün sahələrdə inkişaf arzulayıb.
İlham Əliyev isə Azərbaycanla Misir arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib. O, Azərbaycanın ölkələrimiz arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini deyib. Dövlət başçısı iki ölkənin sərhəd xidmətləri arasında uğurlu əməkdaşlığa toxunaraq, ölkələrimizin hərbi, sərhəd xidməti, təhlükəsizlik sahələrində əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycan prezidenti yüksək səviyyəli qarşılıqlı səfərlərin bu əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyini deyib.