Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
2 Mart 2023 20:45
3 304
Pandemiya bizə çoxtərəfli əməkdaşlıqların önəmini göstərdi.
Bunu BMT-nin Avropa İqtisadi Komissiyasının məsul katibi Olqa Alqayerova Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı deyib.
“COVID-19 pandemiyası bizə çoxtərəfli əməkdaşlıqların önəmini göstərdi. Birlikdə əməkdaşlıqla dayanıqlılığı təmin edə bilərik. Bu çərçivədə Qoşulmama Hərəkatı bu kimi qlobal məsələlərin müzakirəsi üçün əlaverişli platformadır”, - deyə o əlavə edib.
Qeyd edək ki, martın 2-də Bakı şəhərində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Görüşdə 70-ə yaxın ölkənin dövlət və hakimiyyət rəhbərləri, Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq və Liviyanın prezidentləri; Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri; Əlcəzair və Keniyanın baş nazirləri; müxtəlif ölkələrin yüksək vəzifəli nümayəndəəri, habelə beynəlxalq təşkilatların rəhbərləri - Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xusrav Noziri, nazirlər, nazir ümavinləri, səfirlər və digər rəsmi şəxslər iştirak ediblər.
12 Sentyabr 10:20
1 008
12 Sentyabr 10:18
2 422
11 Sentyabr 19:18
1 225