“Qarabağdakı Rusiya hərbi kontingenti Ermənistan ordusunun tör-töküntülərini oradan çıxarmalıdır” Siyasət

“Qarabağdakı Rusiya hərbi kontingenti Ermənistan ordusunun tör-töküntülərini oradan çıxarmalıdır”

“Qarabağdakı Rusiya hərbi kontingenti yerləşdiyi Azərbaycan torpağında hər hansı insidentin qarşısını almaq üçün Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargahıyla əlaqə saxlamamalıdır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millətvəkili Sahib Alıyev deyib. Millət vəkili bildirib ki, üzərinə düşən öhdəliyi yerinə yetirərək həmən ölkənin hələ də Qarabağda qalmaqda davam edən ordusunun tör-töküntülərini oradan çıxarmalıdır! Əgər təkbaşına gücü çatmırsa, bizim ordumuzdan dəstək istəməlidir: “Əks təqdirdə nə baş verəcəyi kimsəyə sirr deyil. Fikirləşmirəm ki, Azərbaycan ordusu qanunsuz hay silahlı birləşmələrinin torpaqlarımızda at oynatmalarını indən sonra da görməzdən gəlsin. Əminəm ki, dünən bizim hərbçilərə atəş açaraq iki qəhrəman oğlumuzu şəhid edənlərin cavabları amansızlıqla veriləcək və onların mövqeləri özləri ilə birgə göyə uçurulacaq”.