“Qələbənin böyüyü-kiçiyi yoxdu” Siyasət

“Qələbənin böyüyü-kiçiyi yoxdu”

Zahid Oruc: "Vətənin hər qarışı qiymətlidir"

"Son olaylar hər birimizdən fərqli addımların atılmasını tələb edir. Bu da ondan ibarətdir ki, Azərbaycan siyasətçisi və vətəndaşı hərbi əməliyyatlar nəticəsində əldə edilmiş o yüksəklikləri siyasi yüksəkliklərə çevirməyi bacarmalıdır". Bu sözləri deputat Zahid Oruc deyib. Onun sözlərinə görə, artıq hərbçi öz üzərinə düşən vəzifəni yerinə yetirib. "Qələbənin böyüyü-kiçiyi yoxdu. Vətənin hər qarışı qiymətlidir. Bu uğurlar bütövlükdə qələbədir. Fakt ondan ibarətdir ki, Azərbaycan əsgəri üzərinə düşən vəzifəni icra edib və torpaqlarımızın bir qismini işğaldan azad edib".
Deputat hesab edir ki, artıq bizlər bu prosesi istər hərbi, istərsə də siyasi cəhətdən irəliyə aparmağı bacarmalıyıq.

"Artıq bunun üçün yeni yollar açılıb. Odur ki, biz əsgərlə eyni səngəri bölüşməliyik. Əsgərin öz missiyasi, siyasətçinin öz missiyası var və biz bu missiyanı yerinə yetirib, uğurlar əldə etməliyik. Bu gün Azərbaycan tarixində yeni səhifə başlanır. Bu gün məğlubiyyət, mərsiyyə, matəm ruhu aradan qalxan bir səhifə açılıb və bu səhifəni davam etdirmək lazımdır. Hamımız onun fərqində olmalıyıq".
Z.Oruc vurğulayıb ki, 90-cı illə müqayisədə Rusiya bu gün Azərbaycanla yaxşı münasibətdədir və bundan yararlanmaq lazımdır.
"Son olaylar zamanı beynəlxalq aləm də Azərbaycanı qınamayıb. Artıq bu vəziyyət erməniləri daha çox narahat etməkdədir. O baxımdam uğurlarımı davam etdirmək, qalib olmaq üçün imkanlar yaranıb və biz bundan yararlanmalıyıq. Misal üçün bu gün Belarusun Azərbaycanın mövqeyini dəstəkləməsi Ermənistan üçün mənəvi bir sarsıntı olub. Belarusun bu addımı faktiki olaraq Ermənistanın hər zaman arxa hesab etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını parçalamaq demək idi. Rusiya son proseslərə loyal yanaşır. O baxımdam biz ermənilərin Azərbaycan torpaqlarında qazdığı səngərləri onların qəbrinə çevirməliyik. Necə ki, bunu sübut etdik və bu davam etməlidir".
Z. Oruc əlavə edib ki, bu gün Azərbaycandan fərqli olaraq Ermənistan bir apatiya içindədir və sanki 90-cı illərin Azərbaycanını xatırladır.

"Əgər o dövrdə Azərbaycanda hərbi birləşmələr müxtəlif siyasi qruplara və ya hərəkatara bağlı idisə, bu gün Azərbaycanın güclü, Ali Baş Komandana tabe yekdil ordusu var. Siyasi elita vahiddir. Bunun əksinə isə Ermənistnda 90-cı illərin Azərbaycanın yaşayır. 90-cı illərdən fərqli olaraq Serj Sərkisyan xalqının gözündə qəhrəman və böyük lider, xilasedici kimi görünmür.
O tamamailə başqa formada, necə deyərlər xalqının uçuruma aparan şəxs kimi qəbul edilir. Proses bir az da davam etdikcə, Sərkisyanın iç üzü tam ortaya çıxacaq. O zaman erməni hərbçisi silahının Azərbaycan əsgərinə qarşı deyil, "Sərkisyanlara" qarşı çevirəcək.
Erməni xalqı biləcək ki, ona silahı Azərbaycan ordusu açmır. Silahı erməninin boynunun arxasına dirəyən "Sərkisyanlar" açır. Və onlar bu insanları ölümə göndərir. Yaxın zamanlarda Sərkisyana qarşı proseslərin başlanacağının şahidi olacağıq", - deyə deputat vurğualyıb.