Rasmussenin erməni sevgisində fransız izi Siyasət

Rasmussenin erməni sevgisində fransız izi

NATO-nun sabiq baş katibi, hazırda isə “Rasmussen Global” siyasi konsaltinq şirkətinin rəhbəri Andres Foq RasmusseninErmənistana səfəri çərçivəsində səsləndirdiyi sərsəm idialardantəəssüflənsəm də, təəcüblənmədim. Siyasətdən getdikdən sonra, qazandıqları siyasi kapital, nüfuz və əlaqələrdən biznes vəlobbiçilik fəaliyyəti üçün faydalanmaq Qərb siyasətçilərininqədim peşəsidir. Rasmussen də, sadəcə bu qədim peşəninardıcıllarından biri olduğunu nümayiş etdirdi.

Əslində Andres Foq Rasmussenin siyasi konsaltinq şirkətininrəhbərliyində çalışanların kimliyinə nəzər salınarsa, onunErmənistana səfər etməsi və NATO-nun baş katibi olduğudövrdə səsləndirdiyi bəyanatlara tamamilə zidd olanmülahizələrlə çıxış etməsi təəccüblü görünməməlidir.

“Rasmussen Global” şirkətinin mərkəzi ofisləri Kopenhagen vəBrüsseldə yerləşdir. Brüssel ofisinin rəhbəri, bütövlükdə isəşirkətin baş direktoru isə Fransa prezidenti Emmanuel Makronun “İrəli, Respublika” (La République En Marche) partiyasının qurucularından olan Fabris Potyedir. PotyeninRasmussenlə dostluğu birincinin NATO-nun siyasi planlaşdırmadepartamentinin direktoru olduğu zamandan başlayır. Potye, eyni zamanda “Karnegi Avropa”nın (Carnegie Europe) qurucusuvə ilk rəhbəridir. Onun həm Fransadakı, həm də Belçikadakıerməni təşkilatları ilə sıx əlaqələri var. RasmusseninErmənistana səfərinin məqsədlərindən biri “Rasmussen Global”ın Cənubi Qafqaz nümayəndəliyinin yaradılmasıdır. Nümayəndəliyin yaradılmasına dəstəyi Fransa və Belçikadakıerməni diasporu, o cümlədən, adı Azərbaycanda hər kəsə bəlliolan Kasper Karampetyan verir. Yəni Rasmussen səfərininxeyir-duası Makrondan, maliyyə təminatını isə Karampetyan vəerməni təşkilatlarının digər rəhbərlərindən alıb.

Elçin Mirzəbəyli