Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Vergi Məcəlləsinə dəyişiklik medianı qlobal risklərdən qoruyacaq - MŞ sədri Prezidentə təşəkkür etdi

Vergi Məcəlləsinə dəyişiklik medianı qlobal risklərdən qoruyacaq - MŞ sədri Prezidentə təşəkkür etdi Siyasət

Vergi Məcəlləsinə dəyişiklik medianı qlobal risklərdən qoruyacaq - MŞ sədri Prezidentə təşəkkür etdi

Azərbaycan Prezidenti cənab İlham Əliyev “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiqlədi. Bu qanunla audiovizual media istisna olmaqla digər media subyektləri öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri və müvafiq maddi yardımlardan tutulan gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, eləcə də istehsal etdikləri media məhsullarının əlavə dəyər vergisindən 3 il müddətinə azad olunur. Media cameəsinin gözləntilərini doğruldan və günün tələblərinə adekvat olan dəyişiklik, hesab edirəm ki, bu sektorun sosial-iqtisadi durumuna müsbət təsir göstərəcək. Azərbaycanın reklam bazarında medianın iştirak payının onsuz da aşağı olduğu bir vaxtda dövlət başçısının təsdiqlədiyi qanun bu sektorun üzləşdiyi maddi çətinlikləri əhəmiyyətli dərəcədə aradan qaldıracaq.

Bu dəyişiklik qlobal böhran risklərindən qorunma təminatı olmaqla yanaşı, bir yandan da inkişaf üçün imkanların yaradılmasını, perspektivdə medianın sosial-iqtisadi cəhətdən güclənməsini və müstəqil fəaliyyətini şərtləndirən amildir ki, indiki zamanda media sektoru üçün bundan yüksək dividend ola bilməz. Bu, həm də media subyektlərinin bazar münasibətlərində etibarlı tərəfdaş kimi tanınması baxımından çox önəmlidir.
Onu da qeyd etmək lazımdır ki, mediaya dəstək Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir. Son illər bu sahəyə dəstək məqsədilə atılan addımlar, o cümlədən, jurnalistlərə güzəştli ipoteka kreditinin verilməsilə bağlı müvafiq qaydalara dəyişikliyin olunması, kütləvi informasiya vasitələri məhsullarının nəşrilə bağlı qəzet kağızının idxalı və satışı üzərindən əlavə dəyər vergisinin götürülməsi, indi isə Vergi Məcəlləsində edilmiş sözügedən dəyişiklik dövlətin bu siyasətinin davamlı xarakter daşıdığının göstəricisidir.

Azərbaycan dövləti bu sistemli tədbirlərlə medianın sosial-iqtisadi dayaqlarının möhkəmləndirilməsi, zaman-zaman öz iqtisadi müstəqilliyinə nail olması üçün imkanlar yaradır. İndi isə əsas məsələ qarşıdakı 3 il müddətində bu istiqamətdə əməli fəaliyyət göstərməkdir. Çalışmaq lazımdır ki, bu fəaliyyət medianın vahid orqanizm kimi ölkə iqtisadiyyatında yerinin və mövqeyinin qərarlaşmasına imkan versin. Media subyektlərinin iqtisadi sferada sərbəst təmsilçiliyinin formalaşması onların gəlirlərinin artmasını da şərtləndirər, nəticədə redaksiyaların öz əməkdaşlarının həyat şəraitini yüksəltməsi, sosial vəziyyətini yaxşılaşdırması baxımından müsbət dinamikaya nail olunar.
Vergi Məcəlləsində edilmiş bu dəyişiklik müəyyən mənada həm də Azərbaycan Prezidentinin hələ ötən il təsdiqlədiyi “Media haqqında” qanundan qaynaqlanır. Qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətinin stimullaşdırılması müddəası yer alır. Bu, eyni zamanda jurnalist peşəsinin ictimai həyatımızdakı mənəvi statusunun güclənməsinə dəstəkdir.

Güclü medianın informasiyalı cəmiyyətin əsas elementlərindən biri sayıldığını nəzərə alsaq, müasir dövrdə jurnalistikanın dövlət idarəçiliyində, cəmiyyət həyatında nə qədər müstəsna əhəmiyyət daşıdığı aydın olar. Bu mənada Azərbaycan dövlətinin ölkəmizdə medianın inkişafı istiqamətində atdığı bu ardıcıl addımlar birmənalı olaraq alqışlanmalı və təqdir edilməlidir. Neçə illərdən bəri belə sistemli və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə hərtərəfli şərait yaradıldığına görə dövlətimizin başçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.