Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
4 May 2023 07:49
2 618
Türkiyənin Bursa Uludağ Universitetində (BUÜ) Türkiyə Cümhuriyyəti və Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü ilə bağlı tədbir keçirilib.
“Bir millət, iki dövlət” başlıqlı tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Türk Dövlətləri Təşkilatının Azərbaycan Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdizadə, 2-ci Qarabağ müharibəsi veteranı kapitan Vasif Dilavərzadə, BUÜ prorektoru Prof. Dr. Adem Doğangün, Bursa Böyükşəhər Bələdiyyə sədrinin müavini Əli Mersin, Fən və Ədəbiyyat fakültəsinin dekanı Prof. Dr. Cafer Çiftçi, qeyri-hökumət təşkilatlarının nümayəndələri, akademiklər və inzibati heyət iştirak edib.
Tədbirdə çıxış edən Həsən Həsənov bildirib ki, Türkiyə hər zaman qardaş ölkəsi Azərbaycanın yanında olub.
"Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra türk dövlətləri ilə münasibətlər inkişaf etməyə başladı. Xüsusilə, Türkiyə ilə münasibətlərdə dönüş yarandı. Heydər Əliyev isə 1994-cü ildə Türkiyəyə ilk rəsmi səfərini edərkən həmişə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə, bu əlaqələrin əhəmiyyətinə toxunurdu. O, bunu həmişə vurğulayırdı ki, 70 il bir-birimizdən ayrılsaq da, xalqlarımız arasında bu əlaqələr heç vaxt qırılmayıb. Azərbaycan və Türkiyə arasındakı münasibətlərin memarlarından biri olan Heydər Əliyev, yəqin ki, münasibətlərin indiki səviyyəsindən çox məmnun olardı”, - deyə Nərminə Mustafayeva qeyd edib.
11:54
525
11:53
532
08:27
630


