Kreml Aİ liderlərinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı birgə bəyanatını şərh etməyib
Fitch Solutions: Azərbaycan enerji və geosiyasi üstünlüklərlə mövqelərini möhkəmləndirir
Vətən müharibəsi və antiterror əməliyyatında iştirak edənlər cəzalarından tam azad ediləcək
Amnistiya tətbiqi nəticəsində cəzası 6 ay azaldılacaq məhkumların dairəsi müəyyənləşib
Amnistiya ilə cəzanın müddətindən asılı olmayaraq azad ediləcək şəxslərin dairəsi məlum olub
5 May 2023 12:02
4 060
Ədliyyə naziri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında qalan doğma torpaqlarımızın azad edilməsi Ümummilli Liderin ən ümdə vəsiyyətinin və xalqımızın arzusu reallığa çevrilib”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: tarix, zaman və nailiyyətlər” mövzusunda keçirilən konfransda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov deyib. Nazirdövlət başçısının rəhbərliyi ilə həmin ərazilərin sürətli bərpasını vurğulayıb. Ulu öndərin adını daşıyan və yarandığı gündən ölkənin sosial-iqtisadi inkişafına dəyərli töhfələr verən Heydər Əliyev Fondunun rəhbəri, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə mühüm layihələrin reallaşdırılmasını xüsusi qeyd edib. Bildirib ki, torpaqlarımızın qısa müddətdə dirçəldilərək soydaşlarımızın doğma yurdlarına böyük qayıdışı ilə həmin bölgədə milli hüquq institutlarının da fəaliyyəti təmin ediləcək.