Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
Misir və Səudiyyə Ərəbistanı Hörmüz boğazında gəmiçilik azadlığını dəstəkləyib
Türk dünyasında media və informasiya təhlükəsizliyi müzakirə edilib – VİDEO
Tehran: ABŞ-nin addımları İranın nüvə doktrinasını dəyişməsinə bəraət qazandırır
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
5 May 2023 15:22
4 361
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı dünyanın bir çox ölkələrində, o cümlədən Rusiyada silsilə tədbirlər keçirilir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Rusiya Federasiyasında Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Milli Məclisin Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə mayın 5-də Vladiqafqaz, mayın 7-də isə Pyatiqorsk şəhərlərində səfərdə olacaq.
Tədbirlərdə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti barədə danışılacaq, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş idman yarışları və mədəni proqramlar təşkil ediləcək.
Səfər mayın 7-də başa çatacaq.
17:13
588
17:13
567
17:12
399