
Sözünə sadiq LİDER
29 Sentyabr 21:14
29 Sentyabr 21:14
29 Sentyabr 19:29
29 Sentyabr 19:28
“Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin Hindistanın Qoa adasında mayın 5-də keçirdikləri görüşündə liderlərin toplantısına hazırlıq mövzuları müzakirə edilib. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin liderlərinin sammiti 4-5 iyul tarixlərində Dehlidə keçiriləcək. Nazirlər bu görüşə hazırlıqla yanaşı beynəlxalq və regional vəziyyəti də müzakirə ediblər. Müzakirə edilən mövzular içərisində Əfqanıstandakı durum da olub”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, liderlər Dehlidə 20 bəyanat qəbul edəcəklər: “Bundan başqa İran Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvlüyünə qəbul ediləcək. Halbuki, təşkilat 2017-c ildə Hindistan və Pakistanı üzvlüyə qəbul etdikdən sonra genişlənməyə üstünlük verməyəcəyini açıqlamışdı. Siyasət dəyişib. Çünki Qərb dünyasıyla rəqabət aparan Rusiya və Çinə daha çox tərəfdaş lazımdır. İrandan sonra Belarusun da üzvlüyə qəbulu gündəmdədir. Küveyt, Myanma, Maldiv adaları, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn təşkilatla tərəfdaş statusuna malikdirlər. Səudiyyə Ərəbistanı bu ilin mart ayında Şanxay Əməkdaşlıq Təşkilatında “dialoq tərəfdaşı” statusunda qəbul olunub. Qoadakı toplantıya Pakistanın xarici işləri nazirinin gəlişi də diqqət mərkəzində olub. Bu 2014-cü ildən bu yana Pakistan rəsmisinin Hindistana ilk rəsmi səfəri idi. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli münasibətlərin normallaşması əsas vəzifələrdən biridir”.