Səfir: İran danışıqlara hazırdır, lakin müdafiə gücünün artırılması da nəzərdə tutulur - MÜSAHİBƏ
“Azərbaycan öz milli maraqları əsasında hərtərəfli diplomatik münasibətlərə malikdir”
XİN: İran atəşkəsin pozulmasına cavab vermək üzrə idi, Pakistan araya girdi
Müdafiə naziri: Hizbullah atəşkəs üçün yalvarır, İran atəş açacağı təqdirdə, İsrail cavab verəcək
11 May 2023 13:53
2 982
Milli Məclisin sədr müavini Adil Əliyev Pakistanda keçirilən beynəlxalq konfransda “Dəyişən dünyada Konstitusiyalar – sabitliyin və uyğunluğun balanslaşdırılması” mövzusunda çıxış edib.
Xalqcəbhəsi.az xəbər verir ki, vitse-spiker Adil Əliyev Pakistan İslam Respublikasının Konstitusiyasının 50 illiyi ilə bağlı Milli Assambleyada təşkil edilmiş konfransda çıxışı zamanı Konstitusiyanın əsas mahiyyətinin insan hüquq və azadlıqlarını, dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumaq olduğunu qeyd edib. O, 10 may tarixinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsindən, Ümummilli Liderin təşəbbüsü ilə müstəqil Azərbaycanın müasir Konstitusiyasının qəbul edilməsindən və bu prosesə onun verdiyi möhtəşəm töhfələrdən bəhs edib. Adil Əliyev Konstitusiyamızın 7-ci maddəsində Azərbaycan Respublikasında qanunverici, icraedici və məhkəmə hakimiyyətləri bölgüsünün əksini tapdığını qeyd edərək, Konstitusiyanın I bölməsinin sırf insan hüquq və azadlıqlarına həsr edildiyini bildirib.
17:19
917
17:13
938
16:45
952