“Narkomanlar məcburi müalicəyə göndərilməlidir” Siyasət
Qüdrət Həsənquliyev: "Onları həbsxanalara doldurmağın heç bir xeyri yoxdur"
Dəyişikliklər mütərəqqi xarakter daşıyır və biz bunu dəstəkləyəcəyik. Amma daha mütərəqqi olardı ki, biz 234-cü maddədə - qanunsuz olaraq narkotik maddələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma maddəsində - bu işlə məşğul olan vətəndaşlar bu tipli cinayətlərin açılmasında hüquq mühafizə orqanları ilə yaxından əməkdaşlıq edərlərsə cinayət məsuliyyətindən azad olunsunlar. 234-cü maddənin birinci hissəsinə də diqqəti yönəltmək istəyirəm. Burada göstərilir ki satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama maddəsi ilə saxlanılanlar 3 ilədək müddətdə azadlıqdan məhrumetməklə cəzalandırılırlar".
Bu fikirləri dünən Milli Məclisdə Cinayət Məcəlləsinə dəyişikliklər müzakirə edilərkən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev səsələndirib. O, əlavə edib ki, şəxsi istehlak miqdarı isə 0,4 qram nəzərdə tutulur: "Biz qəbul etmişik ki, narkomanlıq cinayət sayılmır, bu bir xəstəlikdir. Bu xəstə olduğu üçün kimdənsə özünün istifadəsi üçün narkotik maddə alır. Məsələn 0,1 qr artıq narkotik alır. Bəzən 0,1 qr artıq narkotikə görə narkotik istifadəçiləri həbs olunur. Bu nəyə lazımdır?! Biz indi bu adamı həbsaakaya göndərməliyik ki, niyə 0,1 qram artlıqdır?".
BAXCP sədri diqqətə çatıdırıb ki, dünyanın əksər ölkələrində, xüsusən də inkişaf etmiş ölkələrdə artıq marixuanadan istifadəyə görə cinayət məsuliyyəti aradan qaldırılıb: "Onlar başa düşürlər ki, qadağalar yolu ilə bununla mübarizə aparmaq heç bir effekt vermir. Bunu leqallaşdırmaq lazımdır ki, narkotikdən istifadə edən şəxslərin də dəqiq dairəsi bilinsin. Həmin adamlar lazım gəldikdə nəzarət altında olsunlar. Onlarla müəyyən iş aparılsın, müalicələri təşkil olunsun".
Bir sıra ölkələrdə narkomanlara marixuanadan istifadəyə icazə verildiyini xatırladan Qüdrət Həsənquliyev Azərbaycanda həbsxanada olanların böyük əksəriyyətinin narkotik istifadəçiləri olduğunu xatırladıb: "Narkomanları həbsxanalara doldurmağın bir xeyri yoxdur, dövlət də onların həbsxanada saxlanılması üçün böyük xərc çəkir. O insanlar məcburi müalicəyə göndərilməlidir. Ona görə də yalnız satış, daşıma halları varsa, istintaq bunu sübut edirsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır. Lakin narkotik şəxsi istehlak üçün nəzərdə tutulubsa, bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə son qoyulmalıdır. Belə şəxslərin narkotik vasitələrdən istifadəsi müəyyən çərçivədə leqallaşdırılmalıdır. Bütün dünya bu addımı atır, biz də atmalıyıq".
Qüdrət Həsənquliyev əlavə edib ki, bu yaxınlarda Ədliyyə Nazirliyinm Penitemnsiar Xidməti tərəfindən 6 saylı cəzaçəkmə müəssisəsinə dəvət ediliblər və məhkumların əl işləri ilə tanış olublar: "Orada bizdən xahiş etdilər ki, biz, həm də bu məsələni qaldıraq. Orada çox gözəl süvenirlər, ayrı-ayrı məhsullar hazırlanır. Yaxşı olardı ki, Mədəniyyət və Turizm Nazirliyi Penitensiar Xidmətlə əməkdaşlıq etsin və süvenirlər sifariş versin. Onlar əməyə cəlb olunublar və həm də müxtəlif peşələrə yiyələnirlər. Bir müddət öncə mən, qadın cəzaçəkmə müəssisəsində də olmuşdum. Orada qadınların da əl işləri ilə tanış olmuşduq. Çox gözəl xalçalar toxuyurlar. Bizə bildirdilər ki, məhkumlar azadlığa çıxandan sonra yenidən həbsxanaya qayıdırlar. Bunun da əsas səbəbi onların azadlıqda olarkən iş tapa bilməməsi və yenidən cinayət törətməsidir. Tək Azərbaycanda yox, dünyanın bir çox ölkələrində işəgötürənlər məhkum olunmuş şəxsləri işə götürməkdə maraqlı olmurlar. Bu mənfi tendensiyanın aradan qaldırılması üçün qanunvericilikdə müvafiq stimullaşdırıcı qaydalar qəbul olunub, vergi cinayətləri nəzərdə tutulub ki, hər hansı müəssisə məhkum olunmuş şəxsləri işə götürdüyü halda ona hər hansı vergi güzəştləri tətbiq edilsin. Yəni bu insanların yenidən həyata qaytarılması, cəmiyyətlə qaynayıb qarışması üçün mütləq müvafiq tədbirlər görülməlidir. Burada 18-ci maddədə residiv cinayətlərin sayının azaldılması üçün yüngülləşdirici yeni bəndlər əlavə edildi. Ona görə ki, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluğu olan şəxslər, yetkinlik yaşına çatmayanların törətdiyi əməllər residiv cinayət kimi qəbul olunmasın".