“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
23 May 2023 15:51
2 555
Qarabağda separatçıların N.Paşinyana ultimatumu və Azərbaycanın tərkibinə qatılmayacaqlarını elan etməsi əsasən Kremldən verilən təlimatlar əsasında həyata keçirilir. Separatçılar Xocalıda hərbi təlimlər keçirir və "mübarizə" aparacaqlarını elan edirlər.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun fikrincə, onların bu kimi bəyanatları Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının qarşısını almağa yönəlmiş addımdır:
"Əgər, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi tam hazır olarsa, separatçıların təxribatlara əl atması mümkündür. Moskva hər vəchlə çalışacaq ki, sülh müqaviləsi imzalanmasın. Moskvada Azərbaycan və Ermənistan liderlərinin görüşündən müsbət nəticələr olacağı gözlənilmir. Rusiya Qarabağda hərbi kontingenti saxlamaq üçün mümkün variantlardan istifadə edəcək. Məhz Moskva görüşündə də bu Qarabagdaki proseslər müzakirə ediləcək".
Politoloq onu da deyib ki, Prezident İlham Əliyev Qarabağ məsələsində Rusiyaya güzəştə getməyəcək. Xankəndində de-yure suverenliyin bərpası üçün prinsipial mövqe ortaya qoyub. Qərb də Azərbaycanın mövqeyi ilə razıdır. Brüssel və Vaşinqton Qarabağda yaşayan erməniləri icma deyil, əhali olaraq qeyd edir:
"Hər-hansı bir statusun verilməsini qabartmır. Ermənilər üçün status növbəti separatizm deməkdir.
Artıq Azərbaycan siyasi-ictimai şəxslər və mətbuat Qarabağda yaşayan ermənilərə icma olaraq qeyd etməməlidir" .
Cavid
30 Dekabr 2025 16:21
1 743
30 Dekabr 2025 16:19
1 736
30 Dekabr 2025 14:53
1 855