"Fənərbaxça"nın prezidenti Sadettin Saran yol qəzasına düşüb
SEPAH sabahdan regionda ABŞ-a bağlı İT şirkətlərini vuracağı ilə bağlı xəbərdarlıq edib
“Neftin qiymətinin artmasının Azərbaycana təsiri ikili xarakter daşıyır”
Çin və Pakistan Yaxın Şərqdəki müharibə ilə bağlı 5 maddəlik sülh təşəbbüsünü təqdim edib
25 May 2023 17:59
2 177
Moskvada Azərbaycan və Ermənistan liderlərinin görüşündə aparılacaq danışıqlar əsasən, Brüssel vasitəçiliyi ilə əldə edilmiş razılaşmalar kontekstindədir. Moskvada keçirilən bu görüş, digər görüşlərdən fərqli olaraq N. Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı bir mərhələdə keçirilir.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, N.Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməsi, Rusiya üçün gözlənilməz bəyanat idi. Çünki, Rusiya Qarabağı Ermənistan tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınmasına qarşı olub. Məhz Moskva çalışır ki, Yerevanı bu siyasətindən çəkindirsin:
"Azərbaycan bu görüşdə əlini gücləndirərək qatılıb. Bu danışıqlarda Rusiyanın müəyyən şərtləri var kim Azərbaycan prezidenti tərəfindən qəbul edilməyəcək. Çünki, Rusiya Qarabağda sülhməramlı adı altında daima qalmağı, ermənilərə statusun verilməsi məsələsini açıq saxlanmasında israrlıdır.
Ümumi götürdükdə Rusiyanın vasitəçilyi ilə sülh müqviləsi mümkün deyil. Moskva görüşündə bir neçə sənəd imzalana bilər. Amma, həmin sənədlər də əvvəlki aylarda kimi, Moskvanın vasitəçiliyi ilə imzalanan sənədlərin taleyi kimi olacaq. Azərbaycan və Ermənistan arasında bir proses var. Bu müsbət proses Qərbin vasitəçiliyi əldə edilib. Bunun qorunması və rellaşması istiqamətində Vaşinqton və Brüssel aktiv olmalıdır.
Qeyd edim ki, Rusiya müdafiə naziri Sergey Şoyqu Qarabağda sülməramlı qüvvələrlə bağlı narahatlığını vurğulayıb. Qərbin aktivliyinin buradakı sülhməramlılara qarşı olduğunu qeyd edib. Rusiya çalışacaq ki, yeni təxribatlar baş versin".
Cavid