“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 23:00
30 Dekabr 23:00
30 Dekabr 22:59
30 Dekabr 22:37
30 Dekabr 22:36
26 May 2023 14:24
2 961
“Türkiyədə president seçkisinin ikinci turunda Ərdoğanın qalib gələcəyi, qardaş ölkədəki siyasi prosesləri izləyənlər üçün müzakirə mövzusu deyil”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Beynəlxalq "Alaş" Ədəbiyyat mükafatı laureate Əkbər Qoşalı deyib. Ə.Qoşalı bildirib ki, ATA İttifaqının Cümhurbaşqanlığına namizədi Sinan Oğanın da öz dəstəyini ifadə etməsi, habelə, Kılıçdaroğlunun Millət İttifaqında, o ittifaqın üzvü olan qurumların öz içində təlatümlərin yaşanması, habelə Böyük Milllət Məclisinə seçkilərdə Cümhur İttifaqının parlaq qələbəsi dediklərimizin əyani sübutudur: “Ayrıca, Ərdoğana cəmi 1 faizdən də az səs yetərliydi ki, birinci turda qalib olsun. O fərqi, demokratik seçkilər zəminində qapatmaq, 5 faizlik kəsiri olan Kılıçdaroğlunun aradakı fərqi qapatmasından qat-qat rahat, həlli müşkül olmayan məsələdir. Biz Türkiyəni sevirik, Türkiyənin daha da güclənməsini istəyirik, Türkiyədəki seçkilərə hər hansı formada qarışmırıq, amma "könüldən gələn göyçək olar" deyiblər, könlümüzdən keçənləri deyirik və qardaşımıza uğurlar diləyirik!”.
Əli
30 Dekabr 16:21
1 330
30 Dekabr 16:19
1 323
30 Dekabr 14:53
1 442