“Seçkinin nəticələri əməyinizə verilən qiymətdir” Siyasət

“Seçkinin nəticələri əməyinizə verilən qiymətdir”

Hörmətli cənab Rəcəb Tayib Ərdoğan, Türkiyə Respublikasının Prezidenti vəzifəsinə keçirilən seçkilərdə yenidən qazandığınız qələbə münasibətilə Sizi öz adımdan, təmsil etdiyim “Qardaşlığımız əbədidir” QHT koalisiyası və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi adından səmimi qəlbdən təbrik edirəm.

Bütün Azərbaycan xalqı kimi biz də bu seçkiləri böyük diqqət və həyəcanla izləyirdik. Türk xalqının iradəsinin ifadəsi olan səsvermənin nəticələri ölkənizin hərtərəfli inkişafı yolunda qətiyyətlə həyata keçirdiyiniz genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərinizə verilən qiymətdir. Bu seçkinin nəticəsi həm də fəaliyyətiniz dövründə Vətənə, xalqa, Türk elinə hədsiz sevgiyə verilən qiymətin bir örnəyidir.

Son iyirmi ildə Türkiyənin inkişafı danılmazdır. Artıq Türkiyə dünyada söz sahibidir və siyasi, iqtisadi, sənaye, hərbi, yeni texnologiyalar sahəsində mühüm nailiyyətlər əldə etmiş bir dövlətdir.

Azərbaycan və Türkiyə dostluğu indi dünya dövlətlərinə bir nümunədir və bunun yaranmasında da Sizin də əvəzsiz xidmətləriniz var. Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi xalqımız tərəfindən həmişə böyük minnətdarlıq hissi ilə xatırlanır.

Hörmətli Cənab Prezident, Sizi bu möhtəşəm qələbə münasibəti ilə bir daha təbrik edir və bundan sonrakı fəaliyyətinizdə uğurlar arzulayram.

Qardaşlığımız əbədidir” QHT koalisiyası və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri
Emin Həsənli